İDMAN MƏKTƏBLƏRİ ARASINDA STOLÜSTÜ TENNİS YARIŞI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 10-da uşaq-gənclər idman məktəbləri arasında stolüstü tennis üzrə respublika birinciliyinə yekun vurulmuşdur.
Mart ayından start götürmüş bu yarışların yekun mərhələsi “Təhsil” Respublika İdman Mərkəzində keçirilmişdir.
Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunların final mərhələsində 6 qız və 7 oğlan komandaları iştirak etmişlər. Sonda Sumqayıt uşaq-gənclər idman məktəbinin qızlardan ibarət və həmin şəhərin oğlanlardan ibarət “Təhsil” komandaları birinci yerlərə layiq görülmüşlər.
Stolüstü Tennis Federasiyasının baş katibi İ.Əfəndiyev yarışın qaliblərinə kuboklar təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]