III və IV ixtisas qrupları üzrə qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramı qəbul edilmişdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Seminarda 2011-ci ildə ali məktəblərə III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramının müzakirəsi olmuşdur.
Ali məktəb müəllimləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də seminarda iştirak etmiş və onlayn rejimində internet vasitəsilə qəbul proqramı barədə fikirlərini bildirmişlər.
Qeyd edilən ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramı qəbul edilmişdir. Qəbul proqramının tam mətni “Abituriyent” jurnalında dərc olunacaqdır.
Növbəti seminarda bu il ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının (A və C variantları) elmi-metodiki cəhətdən müzakirəsi aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]