İKİ BEYNƏLXALQ QURUM KREDİT MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİR
Birgə mandat çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Maliyyə Korporasiyası ( BMK) ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası “Azəri-Çıraq-Günəşli” yatağının Faza-1layihəsi üçün 100 milyon, Bakı-Tbilisi –Ceyhan boru kəmərinin tikintisinə isə 150 milyon ABŞ dolları həcmində kredit vəsaiti ayırmaq məsələsini müzakirə edir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Ətraf Mühitin Qiymətləndirilməsi üzrə sənədlər toplusu ictimaiyyətin və bir sıra beynəlxalq maliyyə institutlarının müzakirəsinə verilmişdir. BMK və AYİB –in Direktorlar Şurası isə həmin sənədlər paketinə oktyabr ayının ortalarında baxacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]