İki boksçumuz Avropa birinciliyində dörddəbir finala vəsiqə qazanıb
Bakı, 28 sentyabr, AZƏRTAC
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Komandamızın heyətində Aynur Mikayılova (50 kq) 1/8 final mərhələsi çərçivəsində Byanka Balintlə (Almaniya) üz-üzə gəlib. boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edib. O, növbəti döyüşündə Lamprini Giannakopoulou (Yunanıstan) ilə gücünü yoxlayacaq. Görüş sentyabrın 30-da olacaq.
Faiq Mollayev (46 kq) də Avropa birinciliyində debütünü qələbə ilə başa vurub. İqor Uşinyakla (Polşa) qarşılaşan həmyerlimiz rəqibini məğlub etməyə cəmi 1 dəqiqə 50 saniyə vaxt sərf edib. İlk raundda tam üstünlüklə qalib gələn Mollayev 1/4 finala yüksəlib. O, növbəti döyüşünü oktyabrın 1-də ingiltərəli Tomas Vari Cona qarşı keçirəcək.
Qeyd edək ki, Avropa birinciliyində sabah daha 5 boksçumuz mübarizəyə qoşulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]