İki boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
Bakı, 16 noyabr, AZƏRTAC
İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatına start verilib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, mundialın ilk günündə Azərbaycan milli komandasının 2 üzvü mərhələ adlayıb.
Boksçularımızdan Sənan Hətəmov (67 kq) Neri Kanaviri (Boliviya) ilə qarşılaşıb. Otuz ikidəbir final mərhələsi çərçivəsində baş tutan görüş təmsilçimizin qələbəsi ilə başa çatıb. O, rəqibini tam üstünlüklə məğlub edib. Hətəmov növbəti döyüşündə ilk mərhələdən azad olan kanadalı Yakub Blaislə üz-üzə gələcək.
Mehparə Məmmədova (48 kq) da rinqdən qalib ayrılıb. On altıdabir final mərhələsində Lyuba Atanasova (Bolqarıstan) ilə döyüşən boksçumuz rəqibinin üçüncü raundda diskvalifikasiya olunması səbəbindən növbəti görüşə vəsiqə qazanıb. Məmmədova ikinci cəhdində monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayacaq.
Onlardan fərqli, Tural Sarıyev (48 kq) Titivat Flonqauraiyə (Tayland), Rza Rzazadə (75 kq) Antonio Leyvaya (Argentina) məğlub olaraq mübarizəni dayandırıblar.
Qeyd edək ki, dünya çempionatında bu gün daha 2 boksçumuz mübarizəyə qoşulacaq. Kamil Babayev (54 kq) Riçard Erazo Çaçanı (Ekvador), Aysu Dərvişova (57 kq) Quadalupe Peresi (ABŞ) sınağa çəkəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [10:55]
Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb
- 05.06.2026 [10:27]
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
- 05.06.2026 [10:03]
Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq
- 04.06.2026 [23:35]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:06]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [20:53]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [20:14]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [20:00]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [19:55]
Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb
- 04.06.2026 [18:45]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:38]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [18:36]