İKİ MİLYARD KUBMETRDƏN ARTIQ QAZ ALINMIŞDIR
Bu ilin altı ayı ərzində Azərbaycan elektrik stansiyaları üçün Rusiyadan 2 milyard kubmetrdən artıq qaz almışdır. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, yay mövsümü ilə əlaqədar idxal qazının gündəlik həcmi hazırda 11,7 milyon kubmetrə enmişdir. Qazın nəqli Azərbaycan Dövlət Neft Şirkəti ilə “İtera” Beynəlxalq şirkətlər qrupu arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir. Həmin müqaviləyə görə, cari ilin axırına qədər “İtera” Azərbaycana 5,5 milyard kubmetr qaz verəcəkdir. Tərəflər qazın hər min kubmetrinin qiymətini 52 ABŞ dolları səviyyəsində saxlamağı qərarlaşdırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]