İki yunan-Roma güləşçimiz dünya çempionatında yarımfinala vəsiqə qazanıb
Bakı, 10 sentyabr, AZƏRTAC
İki yunan-Roma güləşçimiz Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) italiyalı Covanni Frenini 8:0, Yaponiya idmançısı Yu Şiotanini 9:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Yarışda 72 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat Avropa mükafatçımız Ülvi Qənizadə İbrahim Məhəmmədov (Qazaxıstan) 4:2 və bolqarıstanlı Deyvid Dimitrova 10:0 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 18-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]