İKT ÖLKƏLƏRİ XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ 33-CÜ SESSİYASI İŞTİRAKÇILARI XANIMLARININ ŞƏRƏFİNƏ QƏBUL
Qəbulda çıxış edən Komitənin sədri Hicran Hüseynova qurumun fəaliyyətindən danışaraq bildirmişdir ki, onun işinin əsas istiqaməti cəmiyyətdə gender bərabərliyini, ölkənin ictimai-siyasi həyatında Azərbaycan qadınlarının fəal rolunu təmin etməkdən ibarətdir. O demişdir ki, belə görüşlər müsəlman ölkələrinin qadınları arasında səmərəli əlaqələr yaradılmasına da təkan verir.
Qəbulda tanınmış modelyer Fəxriyyə Xələfovanın son kolleksiyasından nümunələr nümayiş etdirilmiş, uşaq rəqs ansamblının çıxışı olmuşdur.