İKTPM-İN YENİ GÜZƏŞTLƏRİ
ABŞ Dövlət Departamentinin maliyyə dəstəyilə həyata keçirilən layihə çərçivəsində iki ay əvvəl İmişlidə istifadəyə verilmiş İnformasiya Kommunikasiya Texnologiyaları Proqramları Mərkəzi martın 7-dən etibarən əhalinin aztəminatlı təbəqəsinə pulsuz kompüter məşğələləri və internet yardımı təklif etmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qısa müddətdə 200 nəfər adam mərkəzin ayrı-ayrı bölmələrində təlim alaraq, bir sıra proqramlara yiyələnməklə öz intellektini artırmışdır.