Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İlham Əliyev Azərbaycan dövlətçiliyinin keşiyində duran qüdrətli liderdir

İlham Əliyev Azərbaycan dövlətçiliyinin keşiyində duran qüdrətli liderdir

Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 

Azərbaycan dünyanın böyük dövlətlərinin siyasi-iqtisadi maraqlarının kəsişdiyi coğrafiyada - Avropa ilə Asiyanın qovuşuğunda yerləşərək, əlverişli geosiyasi-geostrateji mövqeyə, zəngin təbii ehtiyatlara və böyük sənaye potensialına malikdir. Ölkəmizin rəhbərliyi Azərbaycan xalqının qəti əzminə və inamına arxalanaraq, müstəqilliyimizin möhkəmləndirilməsinə, demokratik islahatların həyata keçirilməsinə istiqamətləndirilmiş müdrik siyasət aparır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycan dövlətinin müasir dövrdə hərtərəfli inkişafını həyata keçirən, onun zəngin siyasi irsinin layiqli davamçısı xalqını sevən, onun rifahı yolunda əlindən gələni əsirgəməyən, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün keşiyində hər zaman möhkəm duran, ölkəmizi etibarlı tərəfdaş kimi dünya müstəvisində yüksək səviyyədə təsdiq edən görkəmli şəxsiyyət Azərbaycan Respublikasının Prezidenti, qəhrəman liderimiz İlham Əliyevdir.

Müdrik siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərindən öncə xalqa müraciətində demişdi: “İlhаm Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Məhz həmin dövrdən etibаrən əldə edilən böyük uğurlar Ulu Öndər Heydər Əliyevin bu fikirlərinin gerçəkliyə, real həyata əsaslandığını tam surətdə təsdiqlədi.

2003-cü il oktyabr ayının 15-də İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Andiçmə mərasimində söylədiyi kimi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” fikrinə sadiq qalaraq öz fəaliyyətində hər zaman Azərbaycan xalqının möhkəm keşiyində durdu, dövlətin hərtərəfli inkişafını təmin etdi.

Qüdrətli lider İlham Əliyev insanlara xidmət etmək, xalqa arxalanmaq, onunla bir olmaq, milli maraqlarını, dövlətin ərazi bütövlüyünü, suverenliyini qorumaq kimi şərəfli missiyanı həyata keçirməyə müvəffəq oldu, şanlı Zəfər tariximizi bizə yaşatdı! İlham Əliyev bütün vədlərini yerinə yetirdi, hər bir azərbaycanlının Prezidenti olduğunu öz əməli fəaliyyəti ilə bir daha təsdiqlədi.

Azərbaycan xalqı, ölkə vətəndaşları, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hamılıqla doğma torpaqlarımızın işğaldan azad olunacağına və düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın mütləq azad ediləcəyinə hər zaman əmin idi. Bu əminliyi, bu inamı yaradan, mərdliklə, peşəkarlıqla, böyük məharətlə ərazi bütövlüyümüzü təmin edən möhtərəm prezidentimiz, müdrik sərkərdəmiz, igid Ali Baş Komandan İlham Əliyevdir!

Məlum olduğu kimi, 2016-cı ilin Aprel döyüşləri “Böyük Qayıdış”ın başlanğıcı oldu. Cəmi 2 il sonra – 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında yüksək peşəkarlıq və böyük məharətlə həyata keçirilmiş “Günnüt” əməliyyatı nəticəsində də bir sıra ərazilərimiz, strateji məntəqələr düşməndən təmizləndi. İkinci Qarabağ Müharibəsi isə Azərbaycanın tarixi qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Beləliklə də, Azərbaycanın bu qədim, əzəli, füsunkar, müqəddəs torpağında-Qarabağda yeni dövr başladı, yeni möhtəşəm inkişaf mərhələsinə qədəm qoyuldu.

Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan vətəndaşlarına ünvanladığı yuxarıda xatırlatdığım müraciətində deyirdi ki, İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. Biz hamımız müdrik siyasətçinin proqnozlarının gerçəkləşməsinin şahidi olduq. Dövlətimizin rəhbəri, rəşadətli ordumuzun Ali Baş Komandanı İlham Əliyev əbədi rəhbərimizin bütün ideyalarını gerçəkləşdirir, onun daxili və xarici siyasətini uğurla davam etdirir. O, Ulu Öndərin ata vəsiyyətini də yerinə yetirdi və Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşanın alınması münasibətilə xalqımızı təbrik edərkən bu məsələyə də toxunmuşdur: “...Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”.

Lakin mənfur düşmənin Qarabağı tərk etməmiş bəzi silahlı birləşmələri, həmçinin, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasında maraqlı olmayan revanşist qüvvələr regionun bir sıra yerlərində terror aktları törədir, minadan təmizlənmiş sahələrdə yeni minalar basdırır, dinc insanların həlak olmasına və xəsarət almasına gətirib çıxarırdılar. Regionda antiterror əməliyyatlarının aparılması qaçılmaz idi. Bunun nəticəsi olaraq, 2023-cü il sentyabrın 19-da

aparılan və cəmi bir gün çəkən lokal xarakterli antiterror tədbirlərindən sonra Dövlət Bayrağımız Sərsəng su anbarı ərazisində, Xankəndi, Ağdərə, Xocalı və Xocavənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində də ucaldıldı. Beləliklə, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və müdrik siyasəti, qətiyyətli rəhbərliyi və əzmkarlığı nəticəsində bütün işğal olunmuş regionlarımız düşməndən tamamilə azad edildi, Azərbaycan dövlətinin suverenliyi bütün ölkə ərazisində bərqərar oldu.

Dövlətimizin rəhbəri məhz 20 il əvvəl –2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdi. Düz 20 il sonra isə möhtərəm prezidentimiz, müzəffər Ali Baş Komandan üçrəngli Bayrağımızı məhz Xankəndidə ucaltdı. Şəhərin mərkəzi meydanında Azərbaycanın Dövlət Bayrağının qaldırılması münasibətilə xalqımızı ürəkdən təbrik edən əziz Prezidentimiz demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. Birmənalı olaraq böyük qürur hissi və fəxarətlə qeyd edə bilərik ki, bütün bu və digər nailiyyətlərimizin memarı və müəllifi Müzəffər Ali Baş Komandan, 55 milyonluq dünya azərbaycanlılarının lideri, Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir!

Ümummilli Lider Heydər Əliyev çoxşaxəli fəaliyyəti ilə çoxdan sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi-intellektual yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Ulu Öndər bütün mənalı həyatı və şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşünmüş, onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçəklənməsinə çalışmışdır. Dahi rəhbərimiz Azərbaycanı daim inkişaf edən, müasir görmək istədiyindən xalqın gələcək taleyinə biganə qalmamış, müasirləşmə xəttini özündən sonra layiqincə davam etdirəcək müasir düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik müasir ruhlu lider yetişdirmişdir. Əgər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirmişdisə, eyni zamanda 90-cı illərdə xaos və tərəqqidən inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdisə, onun layiqli davamçısı cənab İlham Əliyevin ötən 20 il ərzində yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir.

Birmənalı olaraq qeyd edə bilərik ki, tariximizin ən yeni mərhələsində 2003-cü ildən sonrakı dövr İlham Əliyev dövrünün parlaq fəaliyyəti və uğurlu illəri kimi yadda qalacaqdır. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu 20 illik müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Məlum olduğu kimi, ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin fundamentini Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti təşkil edir. Hazırlanan dövlət proqramları, onların dəqiq icra mexanizmi bütün xalq tərəfindən dəstəkləndiyindən ölkəmizin sürətli inkişafı üçün əlverişli şərait yaranmışdır. Dövlətimizin əsaslarının möhkəmlənməsi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz İlham Əliyevin varislik keyfiyyətləri, müdrikliyi, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olmuşdur. Prezident İlham Əliyev şəxsiyyəti müasir cəmiyyətdə liderlik fenomeninin ən önəmli cəhətlərini, ən səciyyəvi xüsusiyyətlərini özündə birləşdirir.

Ümummilli Liderimizin alternativi olmayan düşünülmüş daxili və xarici siyasəti bu gün onun siyasi varisi, Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi və davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ölkədə yalnız Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Çünki bu, Azərbaycanın bu günü, sabahı, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasətin gerçəkdən də heç bir alternativi yoxdur. Bu siyasət Azərbaycanı böyük bəlalardan xilas etmişdir. Ölkəmiz xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Hörmətli Prezidentimiz demişdir: “Bizim qarşımızda nadir imkanlar var. Sabah, ondan sonrakı illərdə Azərbaycan necə olacaq - bu, bizdən asılıdır. Elə etməliyik ki, güclü dövlət yaradaq, müstəqilliyimizi daha da möhkəmləndirək. Azərbaycanın potensialını tam şəkildə insanların həyat səviyyəsinin yaxşılaşmasma yönəldək və beləliklə, ölkəmizdə vətəndaş cəmiyyəti yaradaq. Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi - bu, bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir”.

İlham Əliyevin müdrik rəhbərliyi ilə 2003-cü ildən etibarən həyatımızın müxtəlif sahələrində əsaslı uğurlara nail olmuşuq. Elə 44 günlük müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə ölkə rəhbərliyinin təşəbbüsü və birbaşa iştirakı ilə möhtəşəm, misli görünməmiş işlər gedir, düşmən tərəfindən tamamilə dağıdılmış şəhər, kənd və qəsəbələrimiz yenidən abadlaşdırılır, gözəlləşir, yeni sima alır.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalandı. Mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir. Azərbaycanın nəinki azad edilmiş regionlarında, habelə bütün bölgələrində, bütün yaşayış məntəqələrində yenidənqurma işləri, tikinti-abadlıq, quruculuq işləri aparılmışdır və miqyasına görə bu misilsiz işlər bu gün də intensiv şəkildə davam etdirilir. Bütün bu və digər mühüm fəaliyyətlərin müəllifi və memarı məhz Prezidentimizdir!

“Müdrik Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti bundan sonra da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir” - dövlətimizin başçısı İlham Əliyev hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində bu sözləri bildirərək bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Çünki bu siyasət Azərbaycanın bu günü, sabahı, gələcəyi üçün yeganə siyasətdir.

Müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünyada uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, ölkəyə investisiya axınında mühüm rol oynayan İlham Əliyevin Azərbaycanın dinamik və sabit inkişafı üçün müstəsna əhəmiyyəti olan neft siyasətinin incəliklərinə dərindən bələd olması və neft strategiyasını uğurla davam etdirməsi nəticəsində Azərbaycan regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir. Ölkə Prezidenti kimi ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti haqqında müqavilələrin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətlərini xüsusi vurğulamaq lazımdır. Azərbaycan qazının Avropaya birbaşa nəqlini hədəfləyən “Şahdəniz-2”, TANAP və TAP kimi yeni transmilli layihələr dünyanın ən iri və perspektivli enerji layihələrindən sayılmaqdadır.

Son illər ərzində Azərbaycanda baş verən sürətli sosial-iqtisadi inkişaf, ölkə əhalisinin rifah halının yüksəldilməsi, genişmiqyaslı quruculuq işləri, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər uğurla davam etdirilir. Verilən vədlərin əməli işdə təsdiqini tapması ölkənin daha dа qüdrətlənməsinə, daha da müasir dövlətə çevrilməsinə geniş imkanlar açır. Bütün sadalanan nailiyyətlər Azərbaycanda hələ Ulu Öndər Heydər Əliyev tərəfindən düzgün müəyyənləşdirilmiş idarəetmə sisteminin, müdrik kursun, tarixi ənənələrin, siyasi varisliyin nəticəsidir.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Qazanılan iqtisadi uğurlar ölkəmizin dinamik inkişafını təmin etmişdir. Həyata keçirilən islahatlar nəticəsində yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat qurulmuş, Azərbaycan iqtisadiyyatı 3,6 dəfə, qeyri neft-qaz sektoru isə 3,5 dəfə artmışdır. [19, 2-5]. Ötən 20 il müddətində dövlət büdcəsinin xərcləri 30 dəfə, xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən, ixrac 16,1 dəfə artmışdır. Strateji valyuta ehtiyatları 2003-cü ildə 1,4 milyard dollardan 2023-cü il oktyabrın 1-nə 66,1 milyard dollara qədər yüksəlmişdir. 2003-2023-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 318,9 milyard dollar təşkil etmişdir.

Eyni zamanda, yoxsulluğun azaldılmasına, məşğulluq imkanlarının artırılmasına, işsizliyin aradan qaldırılmasına, qaçqın və məcburi köçkün ailələrinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər görülmüşdür.

2003-2023-cü illərdə dövlət büdcəsinin gəlirləri 29,1, əhalinin real gəlirləri 3,3, minimum əməkhaqqı 9,4, orta aylıq əməkhaqqı 2,9, əmək pensiyasının minimum məbləği 3,5, sənaye istehsalı 2,7, kənd təsərrüfatı məhsulu 2,1 dəfə artmışdır. Göstərilən bu rəqəmlərin, statistik göstəricilərin arxasında ölkə rəhbərinin düşünülmüş siyasəti, qətiyyəti, əzmkarlığı, xalqın rifah səviyyəsinin yüksəldilməsi istəyi dayanır.

Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılmış, yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri reallaşdırılmış, bir sıra yaşayış məntəqələrinin təməli qoyulmuş, şəhər, kənd və qəsəbələrdə 1186 ailənin və ya 4691 nəfərin məskunlaşması həyata keçirilmişdir.

Bu gün müstəqil Azərbaycan dünyada geniş perspektivə malik olan bir dövlət, etibarlı tərəfdaş kimi dünya birliyində özünü təsdiq etmişdir. Eyni zamanda, Qafqaz bölgəsində də regional liderliyini daha da gücləndirmişdir. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, 2019-2023-cü illərdə isə böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edərək bir sıra institusional yeniliklərə imza atmış və sözü gedən qurumun beynəlxalq müstəvidə nüfuzunun artmasına səbəb olmuşdur. [20, 3-7]

Azərbaycan Respublikası Böyük Türk dünyasının ayrılmaz hissəsi olaraq Türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsində, Türk dövlətləri Təşkilatlarının gücləndirilməsinə xüsusi töhfələrini vermişdir. 2024-cü il fevralın 14-də Prezident İlham Əliyev andiçmə mərasimi zamanı öz nitqində söyləmişdir: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir... Bizim ailəmiz Türk dünyasıdır...Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin”.

Müasir mərhələdə dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilmişdir.

İqtisadi islahatlar aparılmaqla yanaşı, ölkədə sosial siyasətin həyata keçirilməsində böyük işlər görülmüşdür kimi sözləri ilə son illərdə dövlət büdcəsinin dəfələrlə artırıldığını uğurların əsas mənbəyi kimi diqqətə çatdıran, ölkədə iqtisadi və sosial islahatların paralel aparılmasının vacibliyini qarşıya əsas məqsəd qoyan möhtərəm Prezidentimiz bütün sahələrdə yenidənqurma və quruculuq işlərini ölkənin gələcəyi üçün prioritet kimi dəyərləndirir. Son 20 il ildə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması ölkəmizin rəhbərinin daim diqqət mərkəzində olmuşdur.

Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artmışdır.

Ümummilli Liderimiz Heydər Əliyev strategiyasının ardıcıl davam etdirildiyi Azərbaycan Respublikası hazırda sürətlə, dinamik şəkildə bütün sahələr üzrə inkişaf etməkdədir. Bunun yeganə səbəbi isə Prezident cənab İlham Əliyev tərəfindən Ulu Öndərin müdrik və düşünülmüş siyasətinin davamı, Heydər Əliyev işıqlı ideyalarının uğurla gerçəkləşdirilməsi və xalqın da bu siyasətə dəstək olmasıdır. Bu gün tam surətdə etiraf etməliyik ki, həyatımızın iqtisadi, sosial, mədəni tərəqqisini, vətəndaş həmrəyliyini, sosial rifahını, dövlətimizin konstitusion hüquqlarının, ərazi bütövlüyünü təmin edən, ölkə vətəndaşlarının istək və arzularını yüksək səviyyədə reallaşdıran qüdrətli liderimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdir!

Bu baxımdan Azərbaycanda bərqərar olmuş ictimai-siyasi sabitlik, tolerant mühit, multikultural dəyərlər bir daha onu göstərir ki, Azərbaycan təkcə regionda deyil, dünya müstəvisində qüdrətli dövlət, etibarlı tərəfdaşdır, ölkəmiz düzgün inkişaf yolundadır və inamla irəliləyir.

Dövlətimizin başçısı Azərbaycanın seçdiyi yolun Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq demişdir: “Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir. 1993-2003-cü illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən ölkəyə çevrilibdir. O illərdə həm siyasi islahatlar, dünya birliyinə inteqrasiya siyasətimiz, həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf üçün möhkəm zəmin yaratmışdır. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir”.

Xalqın öz prezidentinə olan böyük etimadı görkəmli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev tərəfindən əsası qoyulmuş möhtəşəm inkişaf strategiyasının bütünlüklə dəstəklənməsi deməkdir. Bu kursun qətiyyətlə davam etdirilməsi hazırda çağdaş dünyanın daha çox inkişaf etmiş demokratik sisteminə fəal inteqrasiya edən cəmiyyətimizin bütün sahələrinin modernləşməsinin təmin olunmasında yetərincə mühüm amil kəsb edir. Əminik ki, çox hörmətli İlhаm Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası təlatümlü, bütün bəşəriyyət üçün taleyüklü əhəmiyyət kəsb edən bir dövrdə Qərb və Şərq sivilizasiya sistemlərini birləşdirən etibarlı körpü olaraq, yeni-yeni uğurlar qazanacaq.

Fəxr edirik ki, Ümummilli Liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətini və ideyalarını möhtərəm Prezident İlham Əliyev 2003-cü ildən etibarən uğurla davam etdirir. Məhz İlham Əliyevin apardığı çoxşaxəli müdrik siyasəti, əldə etdiyi tarixi nailiyyətləri artıq 20 ildir ki, ölkədə dayanıqlı inkişafı, iqtisadi tərəqqini, ictimai-siyasi sabitliyi təmin edir, xalqın rifah halının yüksəldir, ölkə vətəndaşlarının dövlət başçısının ətrafında getdikcə daha sıx birləşməsinə səbəb olur, dünya miqyasında Azərbaycanın beynəlxalq imicini, etibarlı tərəfdaşlığını təsdiq edir.

Göstərdiyimiz kimi müasir dövrdə Azərbaycan böyük inkişaf yolu keçmiş, ölkənin qarşısında yeni böyük üfüqlər açılmışdır. Dövlətimizin sosial-iqtisadi, siyasi, hərbi qüdrətinin, bütövlükdə milli gücünün artması təmin olunmuşdur.

Azərbaycanda ətraf mühitin, ekoloji tarazlığın qorunmasına, təbii ehtiyatlardan rasional istifadə edilməsi, suyun, torpağın, havanın təmizlənməsinə yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Son illərdə Azərbaycanda ekoloji problemlərin həlli, əlverişli ekoloji mühitin yaradılması istiqamətində mütərəqqi tədbirlər həyata keçirilib. Qeyd edək ki, ətraf mühitə mənfi təsir göstərən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilib. Qeyd edək ki, Prezident İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan edib. “Ekologiya ili” çərçivəsində Bakı şəhərində havanın təmizlənməsi üçün üç milyondan çox ağac əkilmişdir.

Dövlət rəhbəri İlham Əliyev su ehtiyatlarının səmərəli idarə olunması istiqamətində addımlar atıb. Respublikada genişmiqyaslı su təchizatı və suvarma layihələri həyata keçirilmişdir. Qeyd edək ki, gələcək nəslin ekoloji maarifləndirilməsi üçün məktəb və universitet proqramlarına ekoloji təhsil daxil edilib. Universitetlər ekologiya üzrə ixtisaslaşmış yüksək ixtisaslı kadrlar hazırlayır.

Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı və tərəfdaşı kimi iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə öz dəyərli töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının milli prioritetlərindən biri “Təmiz ətraf mühitə və yaşıl inkişafa malik ölkə” kimi müəyyən edilib.

Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl Dünya Həmrəyliyi İli” elan edilmişdir. Ölkənin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə, habelə işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması, ekoloji təhlükəsiz mühitin təmin olunması dövlətimizin başçımızın uzaqgörən siyasətinin vacib tərkib hissəsi və siyasi varisliyin bariz nümunəsidir.

Məlum olduğu kimi, ötən il dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. 2024-cü il aprelin 23-də Prezident İlham Əliyevin ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda qeyd etdiyi kimi: “Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, Azərbaycanın qlobal miqyasda güclü diplomatiyasının əlaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etmişdir.

Bakı dünyanın neft sənayesinin yarandığı yerdir. Bu gün isə rəmzi məna ondan ibarətdir ki, qarşıdan gələn noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcəkdir”.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan geniş perspektivə malik olan qüdrətli dövlət, etibarlı tərəfdaş kimi özünü dünya siyasətində təsdiqləyir və işıqlı gələcəyə doğru inamla irəliləyir!

İradə Hüseynova

Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri,
tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC “Məzun günü” keçirib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir

İtaliyalı ekspert: Azərbaycan karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub