İLİN ƏVVƏLİNDƏN ÖLKƏ İQTİSADİYYATINA QOYULMUŞ KREDİTLƏRİN HƏCMİ 35,7 FAİZ ARTMIŞDIR
İlkin məlumatlara görə, noyabrın 1-nə ölkə iqtisadiyyatına 4546,8 milyard manat məbləğində kredit qoyulmuşdur. Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, cari il yanvarın 1-nə olan göstəricidən 35,7 faiz, 2003-cü ilin müvafiq dövrünə nisbətən isə 45,3 faiz çoxdur. Kreditlərin 265,4 milyard manatı və ya 5,84 faizi müddəti ötürülmüş kreditlərin payına düşür.
Kreditlərin 3240,3 milyard manatı (71,3 faiz) qısamüddətli, 1306,6 milyard manatı (28,7 faiz) uzunmüddətlidir.
Dövlət bankları iqtisadiyyata 2072,4 milyard manat (45,58 faiz), özəl banklar 205,66 milyard manat (45,23 faiz), qeyri-bank kredit təşkilatları 417,8 milyard manat (9,19 faiz) kredit ayırmışlar.
Xarici kapitalın iştirakı ilə yaradılmış banklar Azərbaycan iqtisadiyyatına 711,3 milyard manat kredit yönəltmişlər. Yüz faizli xarici kapitalı olan bankların ayırdığı kredit 97 milyard manat təşkil etmişdir.
Kreditlərin 983,3 milyard manatı (21,63 faiz) dövlət sektoruna, 3563,5 milyard manatı (78,37 faiz) isə özəl sektora yönəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]