Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnam və etimad üzərində qurulan güclü dövlət konsepsiyası RƏY

İnam və etimad üzərində qurulan güclü dövlət konsepsiyası  RƏY

Bakı, 16 oktyabr, AZƏRTAC

Sirr deyil ki, bir çoxumuz, o cümlədən mən də müasir müstəqil Azərbaycan tarixini şərti olaraq iki mərhələyə bölürük - 2020-ci il noyabrın 8-dən əvvəlki və sonrakı dövrlər. Prezident İlham Əliyevin də fəaliyyət dövrünü iki mərhələyə ayırmaq olar - 2020-ci ilədək olan “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev” dövrü və ondan sonrakı “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev” dövrü.

Əlbəttə ki, bu bölgü şərtidir. Amma istənilən halda bu, enişli-yoxuşlu, gərgin zəhmət və mübarizə ilə dolu 20 illik zaman kəsiyi dərin təhlillər, araşdırmalar tələb edir. Hətta səthi təhlillərim belə söyləməyə əsas verir ki: Vətən müharibəsindəki şanlı Zəfər, məhz 17 illik gərgin əməyin, davamlı və məqsədyönlü fəaliyyətin, çətin danışıqların, sərf edilən enerjinin nəticəsidir. Hələ neçə illər əvvəl Gürcüstan Respublikasının keçmiş Prezidenti, M.Saakaşvilinin Ukrayna televiziyasında İlham Əliyev barədə xatirələrini bölüşərkən dediyi sözlər də bir daha sübut edir ki, dövlətimizin başçısı bu illər ərzində daim Azərbaycanın inkişafı, suverenliyinin tam təmin olunması barədə düşünüb, milli maraqlara söykənən xarici siyasətinin və ordu quruculuğunun gələcəkdə uğurlu nəticələnməsi üçün fasiləsiz olaraq fəaliyyət göstərib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Əhməd Abbasbəyli səsləndirib.

Dövlətimizin başçısı İlham Əliyevin Prezidentlik dövrünün 20 ilinin tamam olduğunu deyən siyasi ekspert əlavə edib: “Şübhəsiz ki, bu tarix və keçilmiş şərəfli yolla bağlı çox yazmaq, çox danışmaq olar, amma fikrimcə, bir neçə məqama diqqət yetirmək çox vacibdir.

İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Bugünkü reallığı obyektiv dəyərləndirmək, gedilən yolu müqayisə etmək, bu uğurun, nəticələrin səbəblərini təhlil etmək üçün həmin dövrə qısaca ekskurs etsək yerinə düşər. Müstəqil Azərbaycanın tarixində ən taleyüklü seçkilərindən biri, bəlkə də birincisi 2003-cü prezident seçkiləridir. Belə ki, ondan əvvəlki dövrlərdə Ümummilli Lider Heydər Əliyevin nüfuzunu, xarizmasını heç kim şübhə altına almır və hətta əksər müxalif liderlər özlərini alternativ belə görmür, namizədliklərini belə irəli sürmürdülər. Əlbəttə, mən o dövrlərdə keçirilən seçkiləri müzakirə etmək fikrində deyiləm, bu tamam başqa söhbətin mövzusudur. Lakin 2003-cü ildə keçirilən seçkilərdə Azərbaycan siyasi mühitində, cəmiyyətində ciddi bir canlanma başladı, hətta o dövrə qədər ictimai-siyasi fəaliyyətini dondurmuş, heç bir iddia ortaya qoymayan bir çox siyasilər də fəallaşmışdılar. Beynəlxalq təşkilatların, demokratiya, insan haqları və azad seçkilər üzrə ixtisaslaşmış yerli və xarici qurumların diqqəti məhz bu seçkilərə köklənmişdi. Belə ki, bir tərəfdə mövcud hakimiyyətin namizədi və Heydər Əliyevin varisi, digər tərəfdə müxtəlif rəngli, müxtəlif əqidəli, sağçı-solçu, millətçi, liberal, sosialist, islamçı, radikal, mühafizəkar və sair, bir sözlə müxtəlif çalarlı müxalif siyasi düşərgə, geniş siyasi koalisiya idi. Əgər nəzərə alsaq ki, müxtəlif mənbələrdən məqsədli şəkildə İlham Əliyevin siyasi bilik, bacarıq və təcrübəsinə şübhə yarada biləcək şayiələrin yayılması onun işini daha da çətinləşdirirdi. Daxildə və xaricdə bir sıra qüvvələrin, dəstəklədiyi rəqiblərə qarşı mübarizə aparmaq İlham Əliyevin siyasi taleyində ilk çətin və məsuliyyətli imtahan idi. İlham Əliyev bu imtahanı uğurla keçdi. Bununla da bugünkü uğurların təməli qoyuldu.

Hələ o dövrdə dövlətimizin başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyevi ötən 17 ildən sonra - 2020-ci il noyabrın 8-də Azərbaycan cəmiyyətində çox nadir adam olardı ki, özünün inam və etimad göstərdiyi lider hesab etməsin”.

Dövlətimizin başçısı İlham Əliyevin 20 illik prezidentlik dövründə fəaliyyəti, əldə olunan nəticələri ilə bağlı bəzi məqamlara toxunan Ə.Abbasbəyli onun siyasətinin prioritetlərinə diqqət yetirib: “Birincisi Azərbaycan Respublikasının dövlət müstəqilliyidir ki, bunu elə onun öz sözləri ilə ifadə etsək, daha tutumlu olar: “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”.

İkincisi, 20 illik müddətdə Prezident İlham Əliyevin milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma müstəvisində yürütdüyü xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi, bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi və bu fəaliyyət uğurla davam etdirilir. Artıq Azərbaycan regionun təhlükəsizliyinin təminatçısı olmaqla yanaşı, regional təşəbbüslərin, Avropanı və Asiyanı birləşdirən əhəmiyyətli layihələrin vacib aktoruna çevrilib. Prezidentin həyata keçirdiyi dünya səviyyəsində balanslaşdırılmış xarici siyasəti Azərbaycanın nüfuzunun artmasına şərait yaradır.

Əlbəttə ki, bu dövr ərzində vətəndaş cəmiyyəti və QHT sektoru da kifayət qədər diqqət mərkəzində olub və əhəmiyyətli dəyişikliklər baş verib. Belə ki, digər sahələrdə olduğu kimi vətəndaş cəmiyyətinin dövlət daxilində bir institut kimi formalaşması və faydalı fəaliyyəti üçün də çox mühüm qərarlar qəbul edilib. Azərbaycanda güclü vətəndaş cəmiyyətinin formalaşmasına dəstək məqsədilə 2007-ci ildə qəbul edilmiş “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” ölkədə QHT sektoru tarixində yeni mərhələnin başlanması üçün baza prinsiplərini müəyyənləşdirdi. Əvvəlcə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması və sonra isə bu institutun təkmilləşdirilərək Agentliyə çevrilməsi QHT sektorunun dəstəklənməsində və ölkədə vətəndaş cəmiyyətinin inkişafında mühüm addım oldu.

Daha sonra, 2013-cü ilin noyabrında qəbul edilmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu isə vətəndaş cəmiyyəti institutlarının nüfuzunun, ictimai yükünün artmasına təsir edən növbəti addım oldu. Beləliklə dövlət və cəmiyyət həyatında, müxtəlif sahələr üzrə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ölkədə şəffaflığın, hesabatlılığın artırılması, ictimai iştirakçılığın, ictimai nəzarətin təbliği və tətbiqi, bu sahədə mövcud imkanlardan daha dolğun və səmərəli istifadə edilməsi üçün vətəndaş cəmiyyəti institutları üçün geniş imkanlar yaradıldı.

Nəhayət ən həssas, son dərəcə əhəmiyyətli, Azərbaycan Prezidentinin başlıca qayğısı olan və fəaliyyətinin əsasını təşkil edən məsələ - Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və tam suverenliyi məsələsi Prezidentin həyata keçirdiyi siyasətin ana xətti olub və bununla bağlı daim birmənalı mövqeyini təsdiqləyib. Hələ illər öncə dövlətimizin başçısının bəyan etdiyi “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıb və heç vaxt olmayacaq. Dağlıq Qarabağa heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 50 ildən sonra müstəqillik verilməyəcək” cümləsinin arxasında nə qədər dərin məna, böyük istək, məqsədyönlülük, gərgin zəhmət durduğu indi aydın olur”.

Əhməd Abbasbəyli qeyd edib ki, dövlətimizin başçısı xeyli müddət səbirlə, siyasi dözümlülük göstərərək Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn prinsipləri əsasında həll olunmasına çalışdı. Eyni zamanda, daim açıq-aşkar şəkildə bildirib ki, Qarabağ probleminin həlli sülh variantı ilə mümkün olmasa hərbi -siyasi yolla həll ediləcək. Bu məqsədlə o, bütün dövr ərzində Azərbaycanın qüdrətli, müasir və peşəkar Silahlı Qüvvələrinin formalaşdırılması işi ilə ciddi məşğul olub. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, hərbi hazırlıq səviyyəsinin gücləndirilməsi, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən ardıcıl işlər xalqımızı Ordumuzun etibarına inandırdı. İstər Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, istərsə də bütün digər istiqamətlərdə görülən işlərin, gərgin fəaliyyətin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi, Azərbaycanın suverenliyinin bərpa edilməsi, bütün ərazimizdə, şəhər və kəndlərimizdə üçrəngli bayrağımızın dalğalanması. Bu məqsədlə atılan hər bir addım Qarabağın Azərbaycana qovuşacağı günü yaxınlaşdırırdı. Nəhayət, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi Zəfərlə sona çatdı.

Bu Qələbə və son üç ildə baş verən hadisələr Azərbaycan Respublikası Prezidentinin beynəlxalq kürsülərdə, danışıqlar masasında, dünya siyasi elita cərgəsində sözünə bütöv, dərin düşüncə və təfəkkürə malik siyasətçi kimi, cəsarətli sərkərdə kimi nüfuzunun, siyasi çəkisinin artmasına təsir etməklə yanaşı, Azərbaycan xalqının da bükülmüş belini dikəltdi, sındırılmış qürurunu bərpa etdi, dünyada məğrur, mübariz, döyüşkən xalq kimi tanıtdı.

“Bu gün Azərbaycan Respublikası vətəndaşları, damarlarında azərbaycanlı qanı axın hər soydaşımız, 30 ildən yuxarı mübarizə apardığı, uğrunda minlərlə şəhid verdiyi, xəyallarına belə gətirmədiyi arzularına çatıb, məqsədlərinə nail olub. Sentyabrın 19-20-də isə uğurla həyata keçirilmiş antiterror əməliyyatından sonra, artıq Xankəndi də, Ağdərə də, Əsgəran da, Xocavənd də, Xocalı da, onlarla kəndlərimiz də əsirlikdən xilas olub, ailəsinə, doğma ocağına qovuşub.

Azərbaycan Respublikası öz çoxəsrlik tarixinin yeni dövrünü yaşayır - bütün ərazilərinin işğaldan azad olunduğu, suverenliyinin tam bərpa olunduğu dövrünü. Əminəm ki, bu mərhələdə ölkəmizin uğurlu inkişafının davam etdirilməsinə, Prezidentin də müəyyən etdiyi strateji yol xəritələri sırasında xüsusi yeri olan Qarabağa Böyük Qayıdış prosesinə, bərpa-abadlıq işlərinə, bütün ölkə boyunca müxtəlif sahələr üzrə yeni köklü islahatların həyata keçirilməsinə təkan veriləcək, sülh və sabitlik şəraitində, inam və etimad üzərində qurulan güclü dövlət konsepsiyası uğurla gerçəkləşəcək”, - deyə siyasi ekspert vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Fars”: İran hələ ABŞ ilə razılaşmanın heç bir mətnini təsdiqləməyib

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi