İNDONEZİYA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, səfiri salamlayan nazir Vilayət Quliyev İndoneziya və Azərbaycan arasındakı münasibətləri yüksək qiymətləndirmiş, bu əlaqələrin bir çox sahələrdə genişlənməsinə və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduğunu bildirmişdir.
Daha sonra Vilayət Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlər barədə qonağa məlumat vermişdir.
Səfir Amin Rianom öz ölkəsi ilə Azərbaycan arasındakı münasibətlərin möhkəmlənməsi və əlaqələrin siyasi, iqtisadi və daha geniş sahələrdə inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirməyə hazır olduğunu bildirmişdir. Diplomat, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, İndoneziya hökumətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha nazirin diqqətinə çatdırmışdır.
Görüşün sonunda səfir Amin Rianom etimadnaməsinin surətini nazir Vilayət Quliyevə təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]