İNDONEZİYADA 7,4 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLMUŞDUR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, fevralın 7-də İndoneziyanın şərqində daha bir - Rixter cədvəli ilə 7,4 bal gücündə zəlzələ baş vermişdir. Yaponiya Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin mərkəzi Yeni Qvineya adasındakı İrian-Caya əyaləti ərazisində (Qərbi Papua) olmuşdur. Bu ada hələ bir gün əvvəl 6,9 bal gücündə yeraltı təkanlardan zərər çəkmişdi. Həmin təkanlar Nabir şəhərində böyük dağıntılar törətmiş, 29 nəfər həlak olmuş, 200-ə yaxın adam yaralanmışdı.