İndoneziyada daşqınlar və torpaq sürüşmələrindən 80-dən çox insan həlak olub
Tokio, 7 aprel, AZƏRTAC
İndoneziyada və Şərqi Timorda baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 86 nəfər həlak olub, 100-dək itkin düşüb, minlərlə təxliyə olunanlar var.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, daşqınlar nəticəsində İndoneziya kəndləri bir-birinin ardınca su altında qalıb. Ölkənin şərqində leysan yağışlar nəticəsində silsilə torpaq sürüşmələri və sellər baş verib. Minlərlə ailə evsiz qalıb.
Palçıq axınları yolları və körpüləri məhv edib. Bu, xilasedicilərin işində problemlər yaradıb. Nəticədə onların zərərçəkənlərə yaxınlaşması çətinləşib.
İndoneziya ilə qonşuluqda yerləşən Şərqi Timorda da təbii fəlakət baş verib. Nəticədə 11 nəfər həlak olub.
Hakimiyyət orqanları həlak olanların ailələrinə 15 milyon İndoneziya rupisi (təqribən 1000 dollar) məbləğində yardım ayırmağı vəd edib. İndoneziya Prezidenti Coko Vidodo da zərərçəkənlərə müraciət ünvanlayıb. Müraciətin mətnində deyilir: “Hər şeydən əvvəl öz adımdan və bütün İndoneziya xalqı adından həlak olanların ailələrinə başsağlığı verirəm. Həmçinin mən bu fəlakətdən zərərçəkən bacı və qardaşlarımızın kədərini başa düşürəm və onların dərdlərinə şərik oluram”.
Bildirilir ki, bu, son 40 ildə İndoneziyada baş vermiş ən böyük fəlakətdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]