İndoneziyada nikel zavodundakı partlayışda 13 nəfər ölüb
Bakı, 25 dekabr, AZƏRTAC
İndoneziyanın Sulavesi adasındakı nikel zavodunda baş verən partlayış nəticəsində azı 13 nəfər həlak olub, çox sayda insan yaralanıb. Yaralıların 17-nin vəziyyətinin ağır olduğu bildirilir.
AZƏRTAC BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, həlak olanların səkkizi indoneziyalı, beşi isə çinlidir.
İlkin araşdırmalara görə, partlayış təmir işləri aparılan zaman meydana gəlib. Müəssisədə çox sayda oksigen çənləri olduğu üçün daha bir neçə partlayış və yanğın baş verib. Hazırda yanğın söndürülüb.
İlin əvvəlində həmin müəssisədə etiraz aksiyası zamanı bir neçə nəfər həyatını itirmişdi. Həmçinin bir müddət öncə eyni zavodda baş verən yanğın nəticəsində bir nəfər həlak olmuş, altı nəfər isə yaralanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]