“İnkişaf və iştirak üçün idman” layihəsi çərçivəsində məktəblərarası futzal turniri keçirilmişdir
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də “Bakcell Ltd” MMC-in maliyyə dəstəyi və AFFA-nın köməyi ilə “İnkişaf və iştirak üçün idman” layihəsi çərçivəsində Nizami rayonunda yerləşən 1 və 3 nömrəli xüsusi təyinatlı internat məktəblərinin və 3 nömrəli “Günəş” Uşaq Evinin komandaları arasında futzal üzrə turnir keçirilmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, gərgin və maraqlı keçən turnirin qalibi Nizami rayonu 1 nömrəli internat məktəbinin komandası olmuşdur.
“Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyi tərəfindən həyata keçirilən bu layihə “Beynəlxalq İdman Həyəcanı” proqramının ənənələrini davam etdirərək, uşaqları bədən tərbiyəsi və idmanla məşğul olmağa ruhlandırmaq və onların həyatını idmanın gücü vasitəsilə inkişaf etdirmək məqsədini daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]