Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnsan hüquqları elminin və tədrisinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu

İnsan hüquqları elminin və tədrisinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu

Bakı, 17 iyun, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğuna başlanması, dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilməsi və bu sahədə aparılmış əsaslı hüquqi islahatlar bütövlükdə cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynamaqla yanaşı, hüquq elminin müasir tələblərə uyğun təkamülündə də mühüm əhəmiyyət kəsb edib. Belə ki, milli insan hüquqları standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə görülən bütün tədbirlər, qəbul edilmiş normativ-hüquqi aktlar, verilmiş fərman və sərəncamlar mərhələli şəkildə demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan üçpilləli məhkəmə sisteminin, Konstitusiya nəzarətinin və s. bu kimi yeni təsisatların yaradılması ilə nəticələnib, dövlət orqanlarının fəaliyyətinin demokratizm, humanizm və insan hüquqlarına hörmət prinsiplərinə uyğun formada təşkilinə istiqamət verib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “İnsan hüquqları elminin və tədrisinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

İnsan hüquqları elminin formalaşması insan hüquqları sahəsində qanunvericilik bazasının yaradılması və inkişafından xeyli dərəcədə asılıdır. Beynəlxalq hüquq normalarında təsbit olunsa da, məhz milli səviyyədə hüquq və azadlıqların tanınması və onların müdafiəsi mexanizmlərinin işlənib hazırlanması insan hüquqları elminin inkişaf istiqamətlərini müəyyənləşdirir. Beynəlxalq konvensiyalara qoşulmaq, daha sonra isə həmin konvensiyalar əsasında müasir milli-hüquqi normalar işləyib hazırlamaq, mövcud normaları beynəlxalq sənədlər əsasında təkmilləşdirmək Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifələr idi. Yaradılan qanunvericilik bazası elmi araşdırmalar və ümumiləşdirmələr aparmağa, onun daha da təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr hazırlamağa, respublikamızda insan hüquqları üzrə məhkəmə təcrübəsini ümumiləşdirməyə və xarici məhkəmə təcrübəsi ilə müqayisə etməyə imkan yaratdı. Bütün bunlar da müasir insan hüquqları elminin dinamik inkişafını şərtləndirdi.

1995-ci ildə Konstitusiyanın qəbulu insan hüquq və azadlıqlarına yeni yanaşmanı təqdim etdi. Konstitusiyanın qəbul edilməsi, xalqımızın həyatında və dövlətçiliyimizin qurulmasında yeni bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı. Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş və verilməli olan, habelə cəmiyyət üzvləri tərəfindən etibar edilən və etibar edilməsi mümkün sayılan bütün hüquq, azadlıq və vəzifələrin bütöv və vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasıdır.

Lakin Ulu Öndərin uzaqgörən siyasəti hüquq və azadlıqların yalnız bəyan olunması ilə kifayətlənməyib, onların təminat və müdafiə mexanizmlərinin işlənməsində ifadə olunub. Bununla bağlı Ümummilli Liderin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanı və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncamı xüsusi qeyd olunmalıdır.

Ulu Öndərin qabaqcıl dövlət siyasəti insan hüquqları elminin müasir inkişaf perspektivlərini aşağıdakı kimi müəyyən edib:

Birincisi, bu sahədə tədqiqatlar aparan tədqiqatçı və alimlər üçün sərbəst araşdırma aparmaq üçün şərait yaradılması nəticəsində xarici dövlətlərin təcrübəsi və beynəlxalq normalar müfəssəl təhlil olundu, insan hüquq və azadlıqları ilə bağlı milli normalara dəyişikliklərlə bağlı təkliflər işlənib hazırlandı.

İkincisi, insan hüquqları ilə bağlı müxtəlif təsisatların yaradılması və onların elmi-tədqiqat sahəsində əməkdaşlığı insan hüquqları elminin müasir əsaslarla yenidən formalaşdırılmasını şərtləndirdi.

Üçüncüsü, insan hüquqları ilə bağlı müxtəlif fənlərin ali təhsil müəssisələrində tədrisi istiqamətində köklü dəyişikliklərin edilməsi Azərbaycan hüquq elmində müasir insan hüquqları elminin inkişafına təkan verdi.

İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin mütəmadi aparılması Elm və Təhsil Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb. Bütün bunlar ölkəmizdə müasir hüquq məktəbinin əsasını qoydu və insan hüquqları elminin inkişafında dönüş nöqtəsi yaratdı.

Ulu Öndərin müasir insan hüquqları siyasətini yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Konstitusiyanın əsas hüquqi mənbə olaraq, demokratik əsaslara söykənməsini başlıca inkişaf istiqaməti kimi götürüb. Belə ki, 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsi nəticəsində insan ləyaqətinin qorunması və ona hörmət edilməsi konstitusion qaydada bəyan olundu.

Qeyd olunduğu kimi, Ulu Öndər siyasətində insan hüquqları ilə bağlı müxtəlif təsisatların yaradılması və onların elmi-tədqiqat sahəsində əməkdaşlığı insan hüquqları elminin inkişafının ikinci istiqamətini təşkil edib. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında insan hüquqları üzrə elmi-tədqiqat institutunun yaradılması, eləcə də insan hüquqları üzrə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə, digər təsisatlarda müvafiq tədqiqat, təhsil və təcrübə proqramlarının öyrənilməsi üçün mütəxəssislərin iştirakının təmin edilməsi müvafiq dövlət orqanlarına həvalə olunub. Bütün bu tədbirlər insan hüquqları üzrə elmi biliklərin mübadiləsində mühüm əhəmiyyət kəsb edir.

Ümummilli Liderin insan hüquqları yönümlü siyasətinin başlıca istiqamətlərindən biri kimi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi olub. Bu məqsədlə Dövlət Proqramında insan hüquqlarının kütləvi şəkildə pozulması hadisəsi kimi azərbaycanlıların repressiyası, soyqırımı və deportasiyası haqqında sənədli, bədii filmlərin çəkilişi və digər sənət əsərlərinin, o cümlədən monumental əsərlərin yaradılması əsas tədbirlər sırasında öz əksini tapıb. Bu işdə milli hüquq elminin də payına çoxsaylı elmi tədqiqatların aparılması, alimlər tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işi düşür. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirakını, ölkənin sosial-iqtisadi inkişafına töhfəsini xüsusi qeyd etmək lazımdır. Belə fəaliyyətin nəticəsidir ki, artıq Azərbaycan dünyada nəinki coğrafi mövqeyinə, həmçinin mədəni irsinə, elminə, tarixi abidələrinə, zəngin dövlətçilik, multikulturalizm və tolerantlıq ənənələrinə görə tanınır.

Yeni formalaşan informasiya cəmiyyətində Fondun konstitusion niyyətlərin reallaşmasına xidmət edən bir çox məqsədləri vətəndaş cəmiyyəti institutlarının inkişafında, hüquqi dövlət və sosial dövlət modellərinin tətbiqində, habelə müxtəlif insan hüquq və azadlıqlarının həyata keçirilməsində əvəzedilməz rola malikdir.

Növbəti mühüm istiqamət Ümummilli Lider Heydər Əliyevin qabaqcıl elm və təhsil siyasətinin nəticəsi olaraq, insan hüquqları ilə bağlı tədris sistemində köklü dəyişikliklərin edilməsində ifadə olunub. Bu istiqaməti Hüquq fakültəsinin timsalında şərh etmək olar. Ulu Öndərin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mütərəqqi siyasətinə sadiq qalan fakültəmizin insan hüquqları elmi sahəsində həyata keçirdiyi fəaliyyət hər zaman respublikamızda qəbul edilmiş milli hüquq normalarını, dövlət proqramlarını rəhbər tutub.

İnsan hüquqları üzrə təhsil insan hüquqlarının hər bir cəmiyyətdə reallığa çevrilməsinin hamının ortaq məsuliyyəti olduğu anlayışını formalaşdırdığı üçün davamlı təkmilləşdirilməli olan tədris prosesini əhatə etməlidir. Bu baxımdan Hüquqşünaslıq ixtisasında insan hüquqları sahəsində biliklərin geniş tədris edilməsinə, bu sahədə ixtisaslaşmış kadrların hazırlanmasına tələbat günbəgün artır. Hüquq fakültəsində artıq illərdir ki, bakalavriat səviyyəsində insan hüquqları fənni tədris olunur. Həmçinin magistratura səviyyəsində Azərbaycan və ingilis dillərində tədrisi aparılan insan hüquqları ixtisaslaşmasında bu sahədə kadr hazırlığı həyata keçirilir.

Dövlət başçısının insan hüquqları yönümlü siyasətində əsas tədbirlərdən biri də insan hüquqları üzrə ixtisaslaşan dövlət qurumlarının əməkdaşlarının mütəmadi olaraq bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılmasından ibarətdir. Fakültəmiz professor-müəllim heyətinin, tələbələrimizin insan hüquqları üzrə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılması məqsədilə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

UNESCO-nun təhsilin gələcəyi təşəbbüsü üzrə hesabatlarında qeyd olunur ki, ali təhsil əxlaqı təşviq etməli, tələbələrə öz vətəndaşlıq və ətraf mühitlə bağlı məsuliyyətlərini daha yaxşı dərk edən bacarıqlı vətəndaşlar olmağa kömək etməlidir. Ali təhsil həm də sosial-mədəni baxımdan aktual olmalıdır. Mədəni müxtəlifliyin qiymətləndirilməsi, insan hüquqlarının müdafiəsinə sadiqlik və bütün formalarda ayrı-seçkiliyə dözümsüzlük əsas təhsil məqsədləri olmalıdır. Bu cür dəyərləri və prinsipləri inkişaf etdirən ali təhsil mühazirə zalları və virtual məkanların hüdudlarından kənara çıxır və daim inkişaf edir. Belə istiqamətləri rəhbər tutan Hüquq fakültəsinin əsas missiyalarından biri də vətənpərvər, hüquqi dövlət quruculuğuna və hüquqi islahatlara töhfə verə biləcək mütəxəssislərin hazırlanmasından ibarətdir. Bu baxımdan rəqəmsal cəmiyyətin formalaşdığı bir dövrdə tələbələrin dünyada və respublikamızda baş verən hadisələrlə bağlı düzgün məlumatlandırılması fakültənin bilik mübadiləsində aktiv iştirakını təmin edir.

Bununla belə, insan hüquqları sahəsində biliklərin, tədrisin daim yenilənməsinə və inkişafına ciddi ehtiyac duyulur. Bu məqsədlə fakültəmizdə hər il insan hüquqları sahəsində yeni dərslik, dərs vəsaiti və proqramların yazılmasına dəstək göstərilir, mövcud vəsaitlər daim yenilənir. Bununla bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarılığı ilə insan hüquqları magistratura ixtisaslaşması üçün yeni tədris planı və proqramının hazırlanması xüsusi qeyd olunmalıdır. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarllığının dəstəyi ilə Hüquq fakültəsinin ekspertləri tərəfindən insan hüquqları magistratura ixtisaslaşmasının tədris planı tamamilə yenidən işlənib, Azərbaycan və ingilis dillərində vahid bir külliyyat şəklində çap edilib. Ekspertlər yeni tədris proqramının hazırlanması zamanı insan hüquqları üzrə təhsil sahəsində beynəlxalq təcrübəni geniş tətbiq ediblər.

İnsan hüquqları və azadlıqları problemləri üzrə ixtisaslaşan mütəxəssislərin hazırlanması məqsədilə Hüquq fakültəsi savadlı və ixtisaslaşmış kadrların yetişdirilməsində beynəlxalq təşkilatların təcrübi bilikləri ilə yanaşı, dövlət orqanlarının bu sahədə fəaliyyəti üzrə məlumatların da tələbələrə çatdırılmasını başlıca məqsəd kimi seçib. Bu sahədə hüquqşünas kadrların təcrübi biliklərinin inkişaf etdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Hüquq fakültəsinə göstərdiyi dəstək xüsusilə qeyd edilməlidir. Hüquq fakültəsi ilə Ədliyyə Nazirliyi arasında razılaşmaya əsasən, hüquqşünas tələbələr müntəzəm olaraq nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların, o cümlədən məhkəmələrin işi ilə yerində tanış olur, ədliyyə orqanları işçilərinin praktiki mühazirələrini dinləyirlər. Bundan əlavə, Ədliyyə Nazirliyi ilə razılıq əsasında “Heydər Əliyev İli” çərçivəsində əməkdaşlıq davam etdirilir. Bütün bunlar məhz hüquq elminin və təhsilinin müasir standartlara uyğun təşkilinə xidmət edərək, təcrübi biliklərin əldə olunmasına, gənclərimizin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə xidmət göstərir.

Belə təcrübənin müxtəlif dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır. Bütün bunlar insan hüquqları yönümlü hüquqşünas kadrların yetişdirilməsinə xidmət edir.

Artıq üçüncü ildir ki, Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ulu Öndər Heydər Əliyevin arzuları illər sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini uğurla yerinə yetirdi. Bu gün qədim yurdumuz Qarabağda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur və artıq icra edilmiş layihələrin açılışlarını edirlər. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, bir vaxtlar düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH