Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnsanlarımızı pandemiyadan ancaq məsuliyyət, qarşılıqlı anlayış və hörmət xilas edəcək

İnsanlarımızı pandemiyadan ancaq məsuliyyət, qarşılıqlı anlayış və hörmət xilas edəcək

Bakı, 7 iyul, AZƏRTAC

Bu gün Azərbaycan dövləti koronavirus pandemiyasının təsirlərinin azaldılması, insanların sağlamlığının qorunması, eyni zamanda, yeni xəstəxanaların inşa edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir. Açılışı olmuş 5 modul tipli xəstəxanadan sonra 800 çarpayılıq yeni xəstəxananın da açılışının olması, eyni zamanda, əlavə olaraq daha bir neçə xəstəxanaların da inşasının nəzərdə tutulması dövlətin pandemiya ilə mübarizəsi və xalqın sağlamlığının qorunması üzrə necə prinsipial mövqe tutduğunu isbatlayır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, çox yaxın zamanda koronavirusa yoluxmuş xəstələrin müalicəsi, onların yenidən sağlam həyata qaytarılması üçün ölkəmizdə 5 mindən çox çarpayı potensialı olacaq: “Mövcud 45 xəstəxanada 2100, 15 modul tipli xəstəxanalarda 3 min, “Yeni klinika”da isə təxminən 700 yerin yaradılması imkan verəcək ki, koronavirusa yoluxmuş insanların rahat müalicəsi həyata keçirilsin. Bununla yanaşı, yaxın günlərdə ölkəmizə əlavə 15 laboratoriyanın da gətirilməsi nəzərdə tutulur ki, bununla da ümumi laboratoriyaların sayı 44 olacaq. Nəzərə alsaq ki, bu gün 29 laboratoriya ilə 522 mindən çox test keçirilib, əlavə laboratoriyaların gətirilməsindən sonra testlərin aparılması daha da sürətlənəcək. Onu da qeyd etmək lazımdır ki, hazırda adambaşına aparılan testlərin sayına görə Azərbaycan dünyada 40-cı yerdədir”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, hazırda demək olar bütün dünya ölkələri yenidən sərtləşdirməyə gedirlər. Son vaxtlar Çində, Hindistanda, İsraildə, Almaniyada, İspaniyada, Portuqaliyada, Bolqarıstanda yenidən məhdudiyyətlər tətbiq edilir: “Öncədən də deyilirdi ki, koronavirus pandemiyası ölkələr, xalqlar arasında seçim etmir. Pandemiya dünyanı spontan yaxaladığı üçün bu gün bir çox hallarda nümunə kimi göstərilən ölkələrin də səhiyyə sistemini çökdürüb. Məsələn, Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. Bu gün dünyada 12 milyona yaxın insan koronavirusa yoluxub, təxminən 540 min insan ölüb. Təsəvvür edin ki, yoluxanların 6 milyonu, ölənlərin isə 300 minə qədəri ABŞ, Braziliya, Hindistan, Rusiya və Böyük Britaniyanın payına düşür. Bu, həmin ölkələrdir ki, səhiyyə sistemi ilə dünyaya model olaraq təqdim edilirdilər. Amma pandemiya bir daha sübut etdi ki, müasir səhiyyə sistemləri belə hazırlıqsız olduqda çökürlər. Reallıq odur ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Bu mənada, inkişaf etmiş ölkələrdəki vəziyyətin acınacaqlı olmasını nəzərə aldıqda Azərbaycandakı situasiyanı normal hesab etmək olar. Amma bu o demək deyil ki, Azərbaycanda pandemiyanın təsiri zəifdir. Xeyr. Çox təəssüflər olsun ki, dövlətin atdığı bütün addımlara adekvat olaraq bəzi insanlarımızın məsuliyyətsiz hərəkətləri ilə cavab vermələri bu gün virusa yoluxanların sayının 500 ətrafında hərəkətinə səbəb olub. Təsəvvür edin ki, qaydaları pozanlar cəzalandırılır, cərimələr artırılır, lakin insanlar yenə də məsuliyyətsizlik etməkdə davam edirlər. Məşhur otellərin birinin karantin qaydalarını pozmasına da göz yummaq mümkün deyil. Vətəndaşlarımız məsuliyyətsizlik edib, bu öz yerində. Bəs, otelin rəhbərliyi hara baxır? Onlar dövlətin tətbiq etdiyi qaydaları nəzərə almırlarmı? Karantin günlərində 5-10 nəfərin onların istirahət xidmətindən istifadə etməsi hansı maliyyə itkisini bağlayacaq ki? Əksinə, 5-10 nəfərin karantin qaydalarını pozub istirahət etmələri əlavə 600 nəfərin yoluxması deməkdir. Axı, hər dəfə təkrar-təkrar deyirik ki, bir koronaviruslu xəstə 60 nəfəri yoluxdura bilər. Bax, elə səbəb də budur ki, günlərdir Azərbaycanda virusa yoluxanların sayı 500-dən aşağı enmir. Doğrudur, polis bu cür hallara qarşı mübarizə aparır. Polislərimiz də insandırlar. Əgər pandemiya şəraitində qarşılıqlı anlayış və hörmət olmasa, dünya düşməni olan koronavirusa necə qalib gələcəyik? Məgər hansısa vəsait, pul, yardım insanları xilas edəcəkmi? Xeyr. İnsanlarımızı pandemiyadan ancaq məsuliyyət, qarşılıqlı anlayış və hörmət xilas edəcək. Məsuliyyətli olub karatin qaydalarına riayət etməliyik, polislərimizə və həkimlərimizə hörmət etməliyik, dövlətin situasiyanı idarəetmə siyasətinə və tədbirlərinə anlayışla yanaşmalıyıq”.

Sədaqət Vəliyeva əlavə edib ki, indiki şəraitdə “bir nəfər hər kəs üçün, hər kəs də bir nəfər üçün” prinsipi ilə davranmalı, dövlətin ətrafında sıx birləşməli və pandemiyanı məğlub etməliyik. Əks halda sonu bilinməyən proseslərə yol açıla bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib