İntellektual yarışda BDU-nun komandası qalib gəlib
Bakı, 4 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, yarışda respublikanın müxtəlif universitetlərini təmsil edən 300 nəfərdən artıq tələbədən ibarət 51 komanda mübarizə aparıb. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən çempionat üç turdan ibarət olub.
Yarışın nəticəsinə görə, BDU-nun komandası birinci yerə layiq görülüb. Növbəti yerləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və UNEC-in komandaları bölüşüb.
Çempionatda Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandaları da iştirak edib.