İordaniyada COVID-19-a yoluxma halları kəskin artıb
Qahirə, 7 aprel, AZƏRTAC
İordaniyada son sutka ərzində COVID-19-a yoluxma hallarında kəskin artım qeydə alınıb. AZƏRTAC xəbər verir ki, krallığın Səhiyyə Nazirliyi aprelin 6-da altı mindən çox insanın yeni növ koronavirusa yoluxduğu, 100 pasiyentin isə vəfat etdiyi barədə məlumat yayıb. İordaniyada virusa yoluxanların ümumi sayı 645 450-yə, ölüm halları isə 7383-ə çatıb.
Rəsmi Petra informasiya agentliyinin məlumatına görə, ən çox yoluxma paytaxt Əmmanda (2269 nəfər) və İbriddədir (942). Hazırda İordaniyada 76 mindən çox aktiv COVID-19 xəstəsi olduğu bildirilir. Müqayisə üçün qeyd edək ki, əhalisi qonşu Misirdən on dəfə az olan bu ölkədə yoluxma sayı on bir dəfə çoxdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]