Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqtisadiyyat naziri “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqlarına baxış keçirib

Bakı, 24 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2020-ci il 1 sentyabr tarixli Sərəncamına əsasən, metallurgiya kompleksində sağlamlaşdırma və inkişaf tədbirlərinin həyata keçirilməsi məqsədilə ölkə ərazisində əlvan metal filizi yataqları ilə bərabər, dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və sahənin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət başçısının müvafiq Sərəncamının icrası vəziyyəti ilə tanış olmaq məqsədilə nazir Mikayıl Cabbarov Daşkəsən rayonunda “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqlarında olub. Əvvəlcə “Daşkəsən” dəmir filizi yatağına və filizsaflaşdırma sahəsinə baxış keçirilib.

“AzerGold” QSC idarə heyətinin sədri Zakir İbrahimov yatağın yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması çərçivəsində aparılacaq geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işləri barədə ətraflı məlumat verib. Qeyd edilib ki, geoloji kəşfiyyat işlərinin yekunu olaraq yatağın geoloji modelləri tərtib edilərək mövcud resurs və ehtiyatları beynəlxalq “JORC” standartlarına uyğun yenidən qiymətləndiriləcək. Proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın isə həmin ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur.

İqtisadiyyat naziri M.Cabbarov “Daşkəsən” yatağının yerli xammala əsaslanan, idxalı əvəzləyəcək, eləcə də ixrac potensialı olan polad məhsulların istehsalı üçün böyük perspektiv vəd etdiyini vurğulayıb. Nazir yatağın yenidən istismarının ölkənin qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın qeyri-neft sektorundakı mövqeyinin güclənməsinə səbəb olacağını bildirib. O, dəmir filizi yatağında işlərin ən müasir standartlar və qabaqcıl beynəlxalq texnologiyalar tətbiq edilməklə qurulmasının vacibliyini qeyd edib. Yatağın yenidən istismarının yeni iş yerlərinin açılması baxımından əhəmiyyətini vurğulayan nazir prosesin insan kapitalının inkişafına da xüsusi töhfə verəcəyini diqqətə çatdırıb.

Sonra sahədə yerləşən filizsaflaşdırma kombinatına baxış keçirilib. Nazir uzun müddətdir ki, istifadəsiz qalan müəssisənin mövcud vəziyyəti ilə tanış olub, görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini çatdırıb. Bildirilib ki, görülən işlər həm rayonun, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

İqtisadiyyat naziri səfər zamanı kombinatın əməkdaşları ilə də görüşüb. Görüş zamanı müəssisənin hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev görülən işlərin istər rayonun, istərsə də ümumilikdə qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir edəcəyini, inkişaf üçün yeni perspektivlər yaradacağını qeyd edib.

İqtisadiyyat naziri “AzerGold” QSC-nin "Çovdar" filiz emalı sahəsində də olub. Yatağın istismarı nəticəsində əldə edilmiş iqtisadi göstəricilər barədə nazirə məlumat verilib. Qeyd olunub ki, fəaliyyətdə olduğu 4 il ərzində QSC həm maliyyə sabitliyi, həm də əməliyyat effektivliyi istiqamətində ciddi uğurlara nail olub. Bu müddət ərzində “Çovdar” mədənindən hasil edilmiş 202 min unsiyadan çox qızıl, 350 min unsiyadan artıq gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına 493 milyon manatadək vəsait cəlb olunub. Bu vəsaitin 36,7 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib. Bildirilib ki, 2016-2019-cu illər ərzində səmərəli fəaliyyət nəticəsində 35 milyon manat həcmində bölüşdürülməmiş mənfəət formalaşıb ki, bu məbləğin də 15 milyon manatı nizamnamə kapitalının artırılmasına yönəldilib.

Sonra “Çovdar” filiz emalı sahəsində istehsalat zəncirinin bütün mərhələlərini özündə əks etdirən təqdimat nümayiş etdirilib, “AzerGold” QSC tərəfindən yaxın perspektivdə istismarı nəzərdə tutulan yataqlar barədə məlumat verilib, hazırda davam etdirilən geoloji kəşfiyyat işləri, eləcə də ətraf mühitin mühafizəsi və korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra olunan layihələrlə bağlı təqdimatlar edilib.

İqtisadiyyat nazıri, həmçinin mədən ərazisində süxurların partladılması, metal tökümü və xəlitələrin hazırlanması prosesi ilə əyani tanış olub.

Sonda “Çovdar” yatağının yaxınlığında yerləşən və hazırda istismarına hazırlıq görülən “Ağyoxuş” qızıl yatağı ümumi baxış nöqtəsindən müşahidə olunub, bu istiqamətdə aparılan işlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 avqust tarixli Sərəncamına uyğun olaraq, “AzerGold” QSC “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlayıb. Yataq 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar olunub, 350 milyon ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 milyon tonu məhz bu illər ərzində hasil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib