Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqtisadiyyat nazirinin müavini: Azərbaycan ərazisindən keçən marşrut artıq uğurla fəaliyyət göstərir

İqtisadiyyat nazirinin müavini: Azərbaycan ərazisindən keçən marşrut artıq uğurla fəaliyyət göstərir

Astana, 21 oktyabr, AZƏRTAC

Ölkələrimiz arasında münasibətlər həqiqətən müttəfiqlik xarakteri daşıyır və ən yüksək səviyyədə aparılan sabit siyasi dialoqa əsaslanır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Astanada keçirilən Qazaxıstan–Azərbaycan biznes forumunda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov səsləndirib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycan və Qazaxıstan bir çox sahələrdə – siyasi, ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlıq istiqamətlərində əhəmiyyətli nəticələr əldə ediblər.

“İkitərəfli münasibətlərin heyrətamiz inkişaf dinamikası, ilk növbədə, qarşılıqlı səfərlər və yüksəksəviyyəli görüşlər əlaqələrimizin möhkəmlənməsində və bütün istiqamətlər üzrə qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsi üçün yeni imkanların yaradılmasında mühüm rol oynayır. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əlaqələr dinamik şəkildə inkişaf edir və yeni sahələri əhatə edir. Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılmasından və qarşılıqlı investisiyaların qorunmasından tutmuş ticarət və nəqliyyatın inkişafınadək əsas əməkdaşlıq istiqamətlərini tənzimləyən təxminən 170 ikitərəfli sənəd imzalanıb”, – deyə nazir müavini bildirib.

A.Axundov vurğulayıb ki, son illərdə qarşılıqlı ticarət sabit artım nümayiş etdirir. “Təkcə bu ilin yanvar–sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 568 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur. Bu gün Azərbaycanda Qazaxıstan kapitalının iştirakı ilə təxminən 250 kommersiya qurumu fəaliyyət göstərir. Bizim sahibkarlarımız da Qazaxıstanda biznesin inkişafında fəal iştirak edirlər”, – deyə o qeyd edib.

Nazir müavini Qazaxıstan biznesinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında fəal iştirakını xüsusi vurğulayıb.

“Təhsil, səhiyyə, infrastruktur və tikinti kimi əsas sahələr üzrə 50-dən çox layihə təklifi təqdim olunub”, – deyə o bildirib.

A.Axundovun fikrincə, ikitərəfli iqtisadi gündəliyin praktiki irəliləməsində İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mühüm rol oynayır.

“Komissiyanın iyirmi birinci iclası ötən həftə Bakıda keçirilib. İkitərəfli təmasların müxtəlif sahələrdə inkişafına dair konkret addımlar razılaşdırılıb ki, bu da Azərbaycan–Qazaxıstan tərəfdaşlığının geniş spektrinə yeni impuls verəcək. Azərbaycan və Qazaxıstan region üçün strateji əhəmiyyət daşıyan birgə innovativ və infrastruktur layihələri uğurla həyata keçirirlər. Onlardan biri Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər optik-lifli rabitə xəttidir. Ölkələrimizin aparıcı telekommunikasiya operatorları arasında imzalanmış sazişlərə əsasən bu layihənin icrasına başlanılıb. Layihə Avropa ilə Asiya arasında Azərbaycan üzərindən rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını hədəfləyən “Rəqəmsal İpək Yolu”nun mühüm tərkib hissəsidir. Təşəbbüs çərçivəsində Xəzərin dibi ilə yüksəksürətli internet, trafik və çoxterabitlik məlumat ötürülməsini təmin edəcək optik kabelin çəkilməsi nəzərdə tutulur. Layihənin tamamlanması regional tərəfdaşlığı gücləndirəcək və iştirakçı ölkələrin dayanıqlı rəqəmsal inkişafında yeni səhifə açacaq”, – deyə o vurğulayıb.

Nazir müavini əlavə edib ki, digər mühüm istiqamətlərdən biri “Orta Dəhliz” kimi tanınan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun inkişaf etdirilməsidir.

“Azərbaycan ərazisindən keçən marşrut artıq uğurla fəaliyyət göstərir. Ölkəmiz bu qlobal logistika zəncirinin mühüm strateji qovşağıdır. Qazaxıstan 2030-cu ilə qədər Orta Dəhliz üzrə yükdaşımaların həcmini 500 min konteynerə çatdırmağı qarşısına məqsəd qoyub. Azərbaycan bu istiqamətə xüsusi əhəmiyyət verir, çünki bu, regionun tranzit cəlbediciliyini artırır və hər iki ölkənin şirkətləri üçün yeni imkanlar yaradır. Həmçinin TRIPP təşəbbüsünün həyata keçirilməsi nəticəsində Zəngəzur dəhlizinin Avrasiya üçün əsas nəqliyyat qovşağına çevriləcəyini qeyd etmək istərdim. Bu da şübhəsiz, regionumuzda tərəfdaşlığın və inkişafın möhkəmlənməsinə xidmət edəcək”, – deyə Anar Axundov çıxışını yekunlaşdırıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələrin” qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

® “AccessBank” kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan 75 milyon dollar məbləğində kredit xətti cəlb edib

Çində təhsil alacaq BDU məzunu: Bu təqaüd mənim üçün sadəcə təhsil imkanı deyil

Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

Qivami Rəhimli: Azərbaycanın mədəni irsini dünyaya tanıdan uğurlu əməkdaşlıq

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

Altı ayda 1,2 milyondan çox vətəndaş “mygov” vasitəsilə yaxın qohumlarını axtarıb

“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Media: Rusiyanın Nijnekamsk şəhərinə dron hücumu nəticəsində 10 nəfər ölüb

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü veriləcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir VİDEO

Bakıda axşam konsertləri keçirilir VİDEO

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər