İrakli Kobaxidze: Gürcüstan regionda sülhə və sabitliyə dəstək verməyə davam edəcək
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Gürcüstan Cənubi Qafqazda sabitliyi, sülh şəraitində birgəyaşayışı dəstəkləyir və bu baxımdan regiondakı çağırışların həlli prosesində birgə səylərin artırılmasının vacibliyini qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesini, xüsusilə Ermənistan hakimiyyətinin qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq səylərini alqışlayır.
"Biz regionda sülhün və sabitliyin təmin olunmasında öz rolumuzu bacardıqca oynamağa hazırıq", - deyə İ.Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]