İrakli Qaribaşvili: Gürcüstan regionda sülhün qorunmasında həlledici rol oynamağa hazırdır
Tbilisi, 19 fevral, AZƏRTAC
Azərbaycan və Ermənistan liderləri ilə birlikdə regionumuzdakı təhlükəsizlik mühitini müzakirə etdik və Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün lazım olan səylərdən danışdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasdan sonra tviter səhifəsində yazıb.
Baş nazirin sözlərinə görə, Gürcüstan regionda sülhün qorunmasında öz həlledici rolunu oynamağa hazırdır.
“Mən Münxen Təhlükəsizlik Konfransının tarixi sessiyasında iştirak etməkdən şadam. Azərbaycan və Ermənistan liderləri ilə birlikdə biz regionumuzdakı təhlükəsizlik mühitini və Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün lazım olan səyləri müzakirə etdik. Gürcüstan regionda sülhün qorunmasında həlledici rolunu oynamağa hazırdır”, - deyə İrakli Qaribaşvili bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]