İRAN 50 TON KÜRÜ İXRACINA RAZILIQ VERMİŞDİR
Həmin məsələ dekabrın 20-23-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Xəzərin dəniz mühitinin qorunmasına həsr olunmuş konfransda müzakirə edilmişdir. Nizami demişdir: “Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan daxil olmaqla, bütün Xəzəryanı dövlətlər Beynəlxalq Ticarət və Nəsli Kəsilməkdə olan Yabanı Flora və Fauna Növləri Konvensiyası çərçivəsində pay bölgüsü haqqında qərara riayət etməlidirlər”.
İran Balıqmühafizə Təşkilatı son bir neçə il ərzində Xəzər dənizinin bu ölkəyə aid sektorunda nərə balıqlarının ovlanmasını nəzarətdə saxlayır. Nizami qeyd etmişdir ki, vəsait çatışmazlığı üzündən bu il nərə balığı az ovlanmışdır, bütövlükdə isə il ərzində İranda yalnız 20 ton ovlanır. Ötən ilin oktyabrında 5 Xəzəryanı dövlət nərə balığı və kürü ixracının ümumi həcmini azaltmaq barədə razılığa gəlmiş, bir il sonra isə ABŞ-ın Balıqları və Canlı Təbiəti Mühafizə Xidməti Xəzər dənizi ağbalığı, nərə balığı və kürüsünün idxalına qadağa qoymuşdur. Bu qərar Xəzəryanı dövlətlərdən heç birinin nərə balıqları nəslinin kəsilməsi qarşısının alınmasına dair planı təsdiq edə bilmədiyinə görə verilmişdir. İranın bəyanatına görə, həmin qərar yalnız brakonyerliyə rəvac verir.