İran-Azərbaycan əməkdaşlığının inkişafı regionda təhlükəsizliyin təmini baxımından önəmlidir
Tehran, 8 iyun, AZƏRTAC
İran ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün heç bir məhdudiyyət yoxdur. Hər iki ölkənin rəhbərliyi qarşılıqlı münasibətləri inkişaf etdirmək niyyətlərini bəyan ediblər.
Bu fikirləri İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan müştərək iqtisadi komissiyasının həmsədri Mahmud Vaizi deyib.
Mahmud Vaizi bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələr üzrə əlaqələrdə yaxınlaşma müşahidə edilir. Bu yaxınlaşma hər iki dövlətin maraqlarına cavab verir.
Nazir vurğulayıb ki, regionda sabitliyi qoruyub saxlamaq və təhlükəsizliyi təmin etmək üçün hər iki dövlətin siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi önəmlidir. Hazırda ölkələr arasında iqtisadi, ticarət, enerji, tranzit yükdaşımaları sahəsində əlaqələr var və bu əlaqələr inkişaf edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]