RƏSMİ XRONİKA
İRAN İSLAM RESPUBLİKASININ ALİ RƏHBƏRİ AYƏTULLAH SEYİD ƏLİ XAMENEİ HƏZRƏTLƏRİNƏ
Möhtərəm Ayətullah Xamenei həzrətləri,
Ölkənizin milli bayramı - İslam inqilabı günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Biz dost və qonşu ölkələrimiz arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın iradəsini bariz şəkildə ifadə edən dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişafı üçün bundan sonra da səylərimizi davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 fevral 2008-ci il.