İran ordusu “Simurq” pilotsuz uçuş aparatından ilk dəfə istifadə edib
Tehran, 12 sentyabr, AZƏRTAC
İran ordusu “Simurq” pilotsuz uçan aparatından (PUA) ilk dəfə “Zülfüqar-99” hərbi təlimlərində istifadə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə admiral Şəhram İrani məlumat verib. O, mətbuat nümayəndələrinə bildirib ki, “Simurq” tam olaraq İran istehsalıdır. Onun heç bir detalı xaricdən alınmayıb. Təlimlər zamanı “Simurq” uzaq məsafəyə uçaraq ehtimal edilən düşmənin hərbi gəmisini məhv edib və geri qayıdıb. Havada 24 saat qala bilən “Simurq” mərkəzə məlumatlar ötürmək imkanına malikdir.
İran ordusu, “Simurq” ilə yanaşı, “Qəraq” adlı PUA-dan istifadə edib.
Qeyd edək ki, İran ordusu Hind Okeanı sahilində Hərbi Dəniz Donanmasının və Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirir. Təlimlərə hava və dəniz desantı da cəlb edilib.
Təlimlər bu gün başa çatacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]