İRAN SƏFİRİ XƏZƏR UNİVERSİTETİNDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, İran İslam Respublikasının Bakıdakı səfiri Əfşar Süleymani Xəzər Universitetində olmuşdur.
Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı ilə keçən görüşdə səfir iki ölkənin ali məktəbləri arasında elm, təhsil və tələbə-müəllim mübadiləsi sahələrində əməkdaşlıq münasibətlərinin qurulması barədə fikir mübadiləsi aparılmışdır.
Səfir Əfşar Süleymani universitetin tələbələri ilə görüşündə İran və Azərbaycan xalqlarının qədim mədəni və tarixi əlaqələri, iki ölkə arasında mövcud dostluq münasibətləri barədə çıxış etmiş, tələbələrin suallarına cavab vermişdir.
Sonra o universitetlə və burada yaradılmış “İran otağı” ilə tanış olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]