İran XİN: Azərbaycanla əlaqələrimizi müsbət istiqamətdə və mehriban qonşuluq şəraitində davam etdirəcəyik
Tehran, 5 noyabr, AZƏRTAC.
Azərbaycan Respublikası ilə əlaqələrimizi müsbət istiqamətdə və mehriban qonşuluq şəraitində davam etdirəcəyik.
AZƏRTAC İranın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu sözləri nazir Hüseyn Əmir Abdullahian deyib.
O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslar müsbət istiqamətdə davam edir və hər iki tərəf münasibətlərin inkişafı üçün siyasi iradə nümayiş etdirir.
Tərəflər arasında bəzi fikir ayrılıqları ola bilər. Lakin əsas məsələ ondan ibarətdir ki, iki qonşu dövlət qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini davam etdirmək niyyətindədir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]