İranda koronavirusdan 23 min 600-dən çox adam ölüb
Tehran, 16 sentyabr, AZƏRTAC
Bu günə olan məlumata görə İranda 2 min 981 nəfər koronavirusa yoluxub, 179 nəfər isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 410 min 334 nəfər, ölənlərin sayı isə 23 min 632-yə çatıb.
Müalicəsi davam edən 3 min 827 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 352 min 827 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Tehran daxil olmaqla İranın 14 vilayəti hələdə qırmızı zonaya daxildirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]