İranlı atlet: Növbəti illərdə də Bakı marafonunda iştirak edəcəyəm
Bakı, 6 may, AZƏRTAC
Bakı marafonunda növbəti dəfə iştirak etdiyim üçün çox xoşbəxtəm. Sevinirəm ki, bu dəfə də yarışı mükafatçılar sırasında başa vurdum. Bakı gözəlliyi ilə məni heyran edir.
Bu sözləri AZƏRTAC-a “Bakı Marafonu 2019”un gümüş mükafatçısı iranlı idmançı Məhəmməd Cəfər Moradi yarışla bağlı təəssüratlarını bölüşərkən söyləyib.
“Yarış çox gərgin keçdi. Havanın küləkli olmasına baxmayaraq, özümdə güc toplayıb finiş xəttinədək irəlilədim. Marafon yüksək səviyyədə təşkil olunub. Ümid edirəm ki, növbəti illərdə də Bakı marafonuna qatılacağam”, - deyə iranlı atlet əlavə edib.
İranlı atlet “Bakı Marafonu 2018”də də gümüş medala sahib olub.
Qeyd edək ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl dördüncü ildir təşkil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]