İranlı deputat: Humanitar Forum dünya xalqları arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək
Bakı, 26 oktyabr, AZƏRTAC
VI Bakı Beynəlxalq Humanitar Forumu qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir. Forum dünya xalqları arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Humanitar Forumda müasir dünyamız üçün olduqca önəmli mövzular müzakirə edilir.
Bu sözləri Forumun iştirakçısı olan İran parlamentinin deputatı xanım Masume Agapur Alişahi AZƏRTAC-a müsahibəsində deyib.
Qonaq Azərbaycanın ildən-ilə sürətlə inkişaf etdiyini söyləyib. O, belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakının ölkəmizin dünyada artan nüfuzuna bariz nümunə olduğunu qeyd edib.
Masume Agapur Alişahi bildirib ki, Forumda iştirak həm də Azərbaycan ilə yaxından tanış olmağa gözəl şərait yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]