İranlı nazir: Təhlükəsizlik təmin edilərsə, milli komandanın dünya çempionatında iştirakına icazə veriləcək
Bakı, 15 aprel, AZƏRTAC
Əgər idmançıların təhlükəsizliyi təmin edilərsə, hökumət ölkədəki şərait nəzərə alınmaqla milli komandanın dünya çempionatında iştirak etməsinə icazə verəcək. Biz milli komandanın hazırlığını qorumağa və bütün logistik tələbləri yerinə yetirməyə borcluyuq.
AZƏRTAC “Tasnim”ə istinadən xəbər verir ki, bu sözləri İranın idman və gənclər naziri Əhməd Dünyamalı futbol yığmasının ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-da iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Nazir bildirib ki, ABŞ və İsraillə hazırkı vəziyyət nə qədər normallaşsa, milli komandanın mundialda iştirak ehtimalı bir o qədər yüksək olar: “Gərginlik nə qədər çox olsa, bir sıra zəruri amilləri nəzərə alaraq, daha çox qərar qəbul etməli olacağıq".
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 48 milli komandanın iştirakı ilə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]