İraq da neft qiymətlərini artırıb
Bakı, 11 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanından sonra İraq da Asiya bazarı üzrə xam neft qiymətlərini artırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İraq ABŞ-a ixrac neftinin qiymətini də artırıb, Avropaya tətbiq olunan bütün tariflər isə azaldılıb.
OPEC-in ikinci ən böyük istehsalçısı olan İraq Bəsrə yüngül xam neft qiymətlərini Asiya bazarına fevral ayı üzrə qiymətini 70 sent artırıb. İraq, həmçinin Asiya bazarı üçün Bəsrə orta və ağır xam neft qiymətlərini də artırıb.
ABŞ-a tədarük edilən bəzi neft növlərinin qiymətləri də artıb, Avropa bazarı üçün bütün neft növlərinin qiyməti 80 sent azaldılıb.
Qeyd edək ki, İraq sentyabr ayında da Səudiyyə Ərəbistanından sonra qiymətləri artırmağa qərar vermişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]