İraqda amerikalı pilotların səhvi təhlükəsizlik qüvvələrinin 7 əməkdaşının ölümü ilə nəticələnib
Bakı, 27 yanvar, AZƏRTAC
ABŞ helikopteri İraqın Əl-Ənbar əyalətinin Əl-Bağdadi rayonunda səhvən təhlükəsizlik qüvvələrinin avtomobillərini atəşə tutub.
AZƏRTAC Əs-Sumariyə telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 11 nəfər yaralanıb. İnsident zamanı, həmçinin yerli qəbilənin şeyxi ilə görüşə gedən polis rəhbəri və administrasiya başçısının avtomobilləri də atəşə məruz qalıb.
İraqın antiterror birləşməsinin komandanlığı isə öz növbəsində həmin rayonda beynəlxalq koalisiyanın havadan dəstək verdiyi xüsusi əməliyyatın keçirildiyini bildirib. Onun sözlərinə görə, fəaliyyət əvvəlcədən razılaşdırılmadığı üçün təhlükəsizlik qüvvələri silahlı qrupla səhv salınıb.
Hadisə ilə bağlı təhqiqat başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [13:55]
Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib
- 18.09.2026 [13:39]
İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb
- 18.09.2026 [13:09]
Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb
- 18.09.2026 [12:39]
Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır
- 18.09.2026 [11:55]
Hörmüz boğazında gəmi vurulub
- 18.09.2026 [11:00]