İraqın xarici işlər naziri Türkiyəyə səfər edib
Ankara, 16 dekabr, AZƏRTAC
İraqın xarici işlər naziri Fuad Hüseyn Türkiyəyə səfər edib. Ankarada Türkiyə rəsmiləri ilə keçirilən görüşlərdə ikitərəfli müzakirələr, regional proseslər və terrorizmlə birgə mübarizə imkanları müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, görüşlərdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İraqın xarici işlər naziri Fuad Hüseyn birgə mətbuat konfransı keçiriblər.
Türkiyənin terrorizmlə mübarizədə mövqeyinin dəyişməz olduğunu, bütün terror təşkilatlarına qarşı barışmazlığını qeyd edən Mövlud Çavuşoğlu bildirib ki, ölkəsi PKK terror birliklərinin İraqın şimalından təmizlənməsi üçün bundan sonra da tam şəkildə dəstək verəcək.
Qeyd edək ki, son günlər YPG/PKK silahlı dəstələrinin Suriya ərazisindən İraq Kürd Regional Rəhbərliyinə tabe olan “Peşmərgə” müdafiə birliklərini ağır silahlardan atəşə tutması nəticəsində regiondakı gərginlik daha da artıb. İraq hökuməti terrorizmlə mübarizədə Türkiyə hökumətinin dəstəyinə böyük ümid bəsləyir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]