İŞƏ DÜZƏLƏNLƏRİN SAYI ARTIR
Ucar rayon Məşğulluq Mərkəzindən AzərTac-ın müxbirinə məlumat verilmişdir ki, ötən il müraciət etmiş 201 nəfərdən 144-ü təklif edilmiş vakant vəzifələrdə işə götürülmüş, 32 nəfər isə peşə hazırlığına göndəriş almışlar. 36 nəfərə işsizlik müavinəti təyin olunmuşdur.