İSLAM BİLİCİSİNƏ KRALLARA LAYİQ EHTİRAM GÖSTƏRİLMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Böyük Britaniya kraliçası II Elizabet İslam tarixi professoru, Cənubi Asiya üzrə mütəxəssis Fransis Robinsona Britaniya İmperiyası Ordeni Cəngavəri titulu vermişdir. Robinson bu şərəfə İslam dünyasının 1700-cü ildən bizim günlərədək tarixinin tədqiq edilməsində xidmətlərinə görə layiq görülmüşdür. Robinson 1997-ci ildə həmin tədqiqatların kuratoru olmuş, 2003-2004-cü illərdə isə tədqiqatlara başçılıq etmişdir. 1997-ci ildən Asiya Kral Cəmiyyətinin prezidentidir. Bundan əlavə, alim İslam dünyasının müasir mərhələdəki problemləri barədə mühazirələr oxuyur.
Ömrünün xeyli hissəsini Hindistanda yaşayan professor Robinson 40 illik fəaliyyətindən sonra demişdir ki, müsəlman mədəniyyətini və İslamın daxili aləmini yalnız son vaxtlar dərindən anlamağa başlamışdır. Onun İslam tarixi haqqında bir neçə kitabı və məqalələri dünyanın onlarca dilinə tərcümə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:14]