İslam Əməkdaşlıq Təşkilatı və Müsəlman Dünyası Liqası islamofobiyaya qarşı birgə mübarizə aparacaqlar
Qahirə, 5 sentyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Müsəlman Dünyası Liqası (MDL) islamofobiya əleyhinə birgə mübarizə aparacaqlar. AZƏRTAC xəbər verir ki, bununla bağlı sentyabrın 4-də Ciddədə iki təşkilat arasında Anlaşma Memorandumu imzalanıb.
İƏT-in mətbuat açıqlamasında qeyd olunur ki, sənəddə radikalizm, ekstremizm və islamofobiya əleyhinə birgə mübarizə aparılması, dinlərarası dialoqun və tolerantlığın təbliği, İslam dininin dinc yanaşı yaşamaq, dözümlülük, başqa mədəniyyətlərə hörmətlə yanaşmaq kimi dəyərlərinin dəstəklənməsi nəzərdə tutulur.
Anlaşma Memorandumunu İƏT-in Baş katibi Yusif Əl-Osaymin və MDL-nin Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-Issa imzalayıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]