İSLAMABADDA BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
Tədbirdə Pakistanın elm və təhsil naziri Attaur Rəhman, Azərbaycan-Pakistan Dostluq Cəmiyyətinin üzvləri, mərkəzi qəzet və jurnalların baş redaktorları, xarici ölkələrin səfirləri, İslamabadda yaşayan və təhsil alan soydaşlarımız, səfirliyin əməkdaşları iştirak etmişlər. Mərasimdə 2005-ci ildə səfirlik tərəfindən ingilis və urdu dillərində buraxılmış kitabların - Milli Məclisin deputatları Yaqub Mahmudovun “Azərbaycan: qısa dövlətçilik tarixi” və İsa Həbibbəylinin “Böyük Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə” əsərlərinin yeni nəşrlərinin təqdimatı keçirilmişdir. Səfir Eynulla Mədətli Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Xalid Mahmud ölkəmizin tarixi, mədəniyyəti, dünyada tutduğu mövqe barədə danışmışdır. Nazir Attaur Rəhman zəlzələdən zərər çəkən Pakistan xalqına Azərbaycanın göstərdiyi qardaşlıq yardımına görə ölkə hökumətinin minnətdarlığını, respublikamızın rəhbərliyinə yetirməyi, bayram münasibətilə Pakistan dövlətinin və xalqının təbriklərini Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırmağı səfirimizdən xahiş etmişdir.
Təbdir boyunca milli musiqimiz səslənmişdir.