İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəsində zədələnən tikililərin sayı 400-ə çatmışdır
İsmayıllı, 10 oktyabr (AZƏRTAC). İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən yaradılmış operativ qrup oktyabrın 7-də baş vermiş zəlzələnin nəticələrinin araşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, operativ qrupun oktyabrın 10-dək apardığı araşdırmalar nəticəsində təbii fəlakət zamanı artıq 400-dək fərdi yaşayış evinin, həyətyanı tikilinin və ictimai binanın zədələndiyi müəyyən edilmişdir.
Zəlzələ ən çox rayonun Soltankənd, Ustal və Kəlbənd kənd yaşayış məntəqələrinə ziyan vurmuşdur. Bu yaşayış məntəqələrində da köhnə binalara daha çox zərər dəymişdir.
Zəlzələnin nəticələri ilə əlaqədar Fövqəladə Hallar, habelə Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri tərəfindən daha dəqiq, əsaslandırılmış rəy veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]