REGİONLAR
İsmayıllı rayonunda ilk dəfə şəkər çuğunduru əkilib
İsmayıllı, 26 aprel, AZƏRTAC
“İsmayıllı tərəvəzləri” MMC tərəfindən rayonda ilk dəfə 45 hektar sahədə şəkər çuğunduru əkilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəkər çuğunduru səpilən ərazidə pivot suvarma sistemi tətbiq edilib. Səpin zamanı taltos elit toxumundan istifadə olunub. İlk dəfə olduğu üçün hər hektardan minimum 70 ton məhsul götürülməsi gözlənilir. Pivot suvarma sistemi tətbiq edilən ərazidə cəmiyyət 45 hektar sahədə dən üçün qarğıdalı səpinini də davam etdirir.
Qeyd edək ki, cari ildə rayon ərazisində 3000 hektardan çox yazlıq bitkilərin əkini nəzərdə tutulub. İndiyədək 28000 hektardan çox yazlıq, o cümlədən 900 hektarda kartof, 650 hektarda dənli paxlalılar əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]