İsmayıllıda ağacəkmə kampaniyasının ilk günündə 600 ədəd fındıq tingi əkilib
İsmayıllı, 21 noyabr, AZƏRTAC
İsmayıllıda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə noyabrın 21-də ağacəkmə kampaniyasına start verilib.
AZƏRTAC xəbər verir ki, ağacəkmə kampaniyasının ilk günündə YAP rayon təşkilatının üzvləri, Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin, rayon Gənclər və İdman İdarəsinin kollektivləri, İsmayıllı Peşə Tədris Mərkəzinin, Topçu, Buynuz kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. Kampaniyanın birinci günündə Topçu kəndi ərazisində 1 hektar sahədə 600 ədəd fındıq tingi əkilib.
Ağacəkmə kampaniyası gələn ilin mart ayınadək davam edəcək.