İspaniya COVID-19 əleyhinə vaksin istehsal edəcək
Madrid, 16 sentyabr, AZƏRTAC
İspaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, bu ölkə COVID-19 əleyhinə vaksinin istehsalı üçün seçilib.
AZƏRTAC xəbər verir ki, Amerikanın “Novavax” əczaçılıq şirkəti İspaniyanın “Zendal” bioəczaçılıq qrupunun Pontevedra bələdiyyəsində yerləşən Porrinyo mənzil-qərargahında öz vaksininin sənaye miqyasında istehsalına cavabdeh olacağını elan edib. Vaksin ABŞ hüdudlarından kənardakı bazarlara tədarük ediləcək.
İspaniya tərəfi ilə razılaşma İspaniya əczaçılıq sənayesi və gələcəkdə hazırlanacaq COVID-19 əleyhinə vaksinin istehsal həcminin artırılması üçün mühüm stimul olacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]