İspaniya hökuməti mayın 9-dan sonra karantin müddətini uzatmayacaq
Madrid, 7 aprel, AZƏRTAC
İspaniya hökuməti mayın 9-dan sonra karantin müddətini uzatmamağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes bunu Nazirlər Şurasının iclasından sonra bəyan edib.
Baş nazirin fikrincə, ölkənin əksər ərazilərində artıq özünü büruzə verməyə başlayan dördüncü dalğanın əhatə dairəsi məlum olmasa da, hökumət ümid edir ki, peyvəndləmənin miqyasının genişləndirilməsi yay ərəfəsində virusun yayılmasının qarşısını almağa kömək edəcək. Onun sözlərinə görə, qarşıdakı 6 ay ərzində ölkə 85 milyon vaksin əldə edəcək.
P.Sançes deyib: “İstəyirik ki, mayın 9-u həyəcan vəziyyətinin son nöqtəsi olsun, biz bu məsələ üzərində çalışırıq”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]