İspaniya La Liqası: "Barselona" 25-ci dəfə ölkə çempionu olub
Bakı, 30 aprel, AZƏRTAC
Futbol üzrə İspaniya La Liqasında 35-ci çempionatın bitməsinə üç tur qalmış çempion müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, "Municipal de Riazor" stadionunda keçirilən qarşılaşmada hesabı kataloniyalılar açıb. 7-ci dəqiqədə Koutinyo fərqlənib - 0:1. Matçın 38-ci dəqiqəsində Messi hesab arasındakı fərqi artırıb - 0:2. Fasiləyə beş dəqiqə qalmış meydan sahibləri qollardan birinin əvəzini çıxıb. Lukas Perez adını tabloya yazdırıb - 1:2. Birinci hissə bu hesabla başa çatıb.
Matçın 64-cü dəqiqəsində Emre Colak hesabı bərabərləşdirib - 2:2. Qoldan sonra hücuma atılan "Barselona" klubu 82-ci və 85-ci dəqiqələrdə Messinin vurduğu iki qol ilə qarşılaşmanın taleyini həll edib. - 2:4. Görüş bu hesabla da başa çatıb. Bu qələbədən sonra 82 xal toplayan "Barselona" çempionatın bitməsinə üç tur qalmış çempionluğunu bayram edib.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Levante” - “Sevilya” - 2:1
“Espanyol” - “Las Palmas” - 1:1
“Real Sosyedad” - “Atletiko Bilbao” - 3:1
“Villyareal” - “Selta Viqo” - 4:1
“Real Madrid” - “Leganes” - 2:1
“Alaves” - “Atletiko Madrid” - 0:1
“Valensiya” - “Eybar” - 0:0
Tura aprelin 30-da “Real Betis”-“Malaqa” oyunu ilə yekun vurulacaq