İspaniya La Liqası: “Barselona” “Selta Viqo”nu iki cavabsız qolla məğlub edib
Bakı 23 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 22-də İspaniya La Liqasında 17-ci turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion və turnir cədvəlinin hazırki lideri "Barselona" doğma meydanda "Selta Viqo"nu qəbul edib. Görüş 2:0 meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Kataloniyalıların heyətində Osman Dembele (10) və Lionel Messi (45) fərqləniblər.
Bu qələbə nəticəsində "Barselona" xalların sayini 37-ə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. "Selta Viqo" isə 21 xalla 10-cü yerdə qərarlaşıb.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Girona" - "Xetafe" - 1:1,
"Real Sosyedad" - "Deportivo Alaves" - 0:1,
"Real Betis" - "Eybar" - 1:1,
"Atletiko Madrid" - "Espanyol" - 1:0,
"Atletik Bilbao" - "Real Vallyadolid" - 1:1.