İspaniya La Liqası: Kataloniya derbisində Lionel Messi dubl edib
Bakı, 30 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 30-da İspaniya La Liqasının 29-cu turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun daha çox maraq doğuran oyunu "Barselona" və "Espanyol" arasında keçirilib. Derbidə "Barselona" 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu Lionel Messi (71, 89) vurub. Bu, argentinalı futbolçunun cari mövsümdə vurduğu 25-ci qol olub.
Bu qələbə sayəsində "Barselona" 69 xalla turnir cədvəlində liderliyini qoruyub saxlayır. "Espanyol" isə 34 xalla 14-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, "Barselona" 2018-ci il noyabrın 11-dən İspaniya La Liqasında məğlub olmur.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
"Girona" - "Atletik Bilbao" - 1:2;
"Xetafe" - "Leganes" - 0:2;
"Selta Viqo" - "Vilyareal" - 3:2.